Mobil versiya
Pərvin ağır xəstəliyindən danışdı:
Tarix: 09-07-2026 | Saat: 11:56
Bölmə:Şou-biznes | çapa göndər

Pərvin ağır xəstəliyindən danışdı:

Aktrisa Pərvin Abıyeva keçirtdiyi ağır xəstəlikdən danışıb.

aia.az xəbər verir ki, aktrisa axlorhidriya xəstəliyinə görə ağır günlər keçirtdiyini deyib.

Pərvin bildirib ki, buna görə əməliyyat olunsa da, faydasını görməyib:

"Bu əməliyyat Azərbaycanda aparılmır. Xəstəliyin diaqnozu yalnız bir xəstəxanada qoyulur. Mənə də yalnız 32 yaşımda düzgün diaqnoz qoyula bildi. O vaxta qədər heç bir xəstəxanada bunu müəyyən edə bilməmişdilər.

Əməliyyat Azərbaycanda edilmir. Türkiyədə isə bu əməliyyatı cəmi bir həkim həyata keçirir. Çox çətin bir xəstəlikdir. Çalışın, bu xəstəliyə tutulmayın. Əsas səbəblərdən biri də stressdir.

Üç il əvvəl əməliyyat olundum, amma təəssüf ki, faydası olmadı. Müayinəsi də olduqca ağır prosesdir. Qalın zond burundan mədəyə endirilir və bu zaman pasiyent ayıq vəziyyətdə olur. Əməliyyatdan sonra isə uzun müddət xəstəxanada qalmalı, yalnız buz yeməli, əsəbiləşməməli və ciddi pəhriz saxlamalısınız". (Axşam.az)

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
09-07-2026