Mobil versiya
SOCAR-ın prezidenti “Technip Energies Italy S.p.a.”nın baş icraçı direktoru ilə görüşüb -Fotolar
Tarix: 09-07-2026 | Saat: 13:13
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

SOCAR-ın prezidenti “Technip Energies Italy S.p.a.”nın baş icraçı direktoru ilə görüşüb

9 iyul 2026-cı il tarixində SOCAR-ın prezidenti Rövşən Nəcəf “Technip Energies Italy S.p.a.”nın baş icraçı direktoru Karlo Korsi ilə görüşüb.
Görüşdə şirkətlər arasında ötən illər ərzində formalaşmış uğurlu tərəfdaşlıqdan məmnunluq ifadə olunub, potensial əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi ilə qarşılıqlı faydalı əlaqələrin genişləndirilməsinin önəmi vurğulanıb.
Söhbət zamanı neft-kimya sahəsində yüksək xammal çevikliyinə malik istehsal həllərinin tətbiqi, eləcə də məhsuldarlığın artırılması və enerji səmərəliliyinin yüksəldilməsi istiqamətlərində mümkün əməkdaşlıq məsələləri nəzərdən keçirilib.
Tərəflər SOCAR-ın xarici ölkələrdə icra etdiyi layihələrdə “Technip Energies Italy S.p.a.” şirkətinin iştirakı imkanlarına, yaşıl enerji və dekarbonizasiya layihələri üzrə tərəfdaşlığa dair fikir mübadiləsi aparıblar.
Görüş çərçivəsində SOCAR ilə “Technip Energies Italy S.p.a.” arasında Anlaşma Memorandumu imzalanıb.
Qeyd edək ki, sənəd “Petkim Master Plan” layihəsi çərçivəsində potensial əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsini nəzərdə tutur.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
09-07-2026