Milli Məclisdə "Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması" mövzusunda ictimai müzakirə keçirilib -Fotolar
Tarix: 09-07-2026 | Saat: 19:21
Bölmə:Siyasət / Parlament | çapa göndər

İyulun 9-da Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının təşkilatçılığı ilə “Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması” mövzusunda ictimai müzakirə keçirilib.
Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Komissiyanın sədri Ramid Namazov Milli Məclisin sədri Sahibə Qafarovanın tövsiyəsi ilə təşkil olunan tədbirdə ölkəmizin tərəqqisində, cəmiyyətin zərərli təsirlərdən qorunması və gələcək nəslin formalaşmasında vacib hesab edilən mövzuların müzakirə ediləcəyini söyləyib.
Bildirilib ki, bu gün dünyada süni intellektin sürətli inkişafı, data mərkəzlərinin yaradılması və rəqəmsallaşma prosesi ölkələrin gələcək iqtisadi mövqeyini, rəqabət qabiliyyətini və milli təhlükəsizliyini müəyyən edən strateji amilə çevrilib. Azərbaycanın rəqəmsal arxitekturasının qurulmasında, ümumiyyətlə rəqəmsal transformasiyasında Prezident İlham Əliyevin strateji uzaqgörənliyi xüsusilə qeyd olunub. Bu istiqamətdə dövlət başçımızın imzası ilə qəbul edilən hüquqi aktların – “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın, “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası”nın, “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın, “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın, “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya”nın əhəmiyyətindən bəhs edilib.
Bununla yanaşı, cari il fevralın 11-də Prezident İlham Əliyevin sədrliyi ilə "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə dövlət başçımızın söylədiyi “artıq süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar ölkələrin gələcək inkişafını müəyyənləşdirir və Azərbaycan bu istiqaməti öz prioritetlər siyahısında önə qoymalıdır” kimi fikirlərinin xüsusi önəm kəsb etdiyi vurğulanıb. Qeyd edilib ki, həmin müşavirədə rəqəmsallaşmanın seçim yox, zərurət olduğu və məsələyə sadəcə texnoloji müstəvidən deyil, kompleks şəkildə – insan kapitalı, investisiya mühiti, milli təhlükəsizlik və beynəlxalq mövqe baxımından yanaşılması tələbi qoyuldu. Prezidentin müvafiq Fərmanı ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurası yaradıldı və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sədrliyi altında Şuraya “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı”nda nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsi və icrasına nəzarət funksiyası həvalə edildi.
Diqqətə çatdırılıb ki, iyunun 29-da keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclasında Birinci vitse-prezident Mehriban xanım Əliyeva öz çıxışında Şuranın məqsədi ilə bağlı önəmli fikirlər səsləndirib. Burada yalnız yeni texnologiyaları tətbiq etmək deyil, eyni zamanda, ölkə iqtisadiyyatına güclü təkan vermək, investisiyalar cəlb etmək, yerli startaplara dəstək olmaq və daha səmərəli dövlət idarəetmə sistemi yaratmaq əsas hədəflər olaraq göstərilib. Kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi sahəsindəki risklərə hazır olmağın vacibliyi qeyd olunub. Bununla yanaşı, qanunvericilik islahatlarının miqyası barədə danışılarkən bunun rəqəmsal ekosistemin tənzimlənməsi istiqamətində həyata keçirilən əhatəli və fundamental islahat təşəbbüsü olduğu deyilib.
Ramid Namazov həmçinin süni intellekt sahəsində fəaliyyət istiqamətlərinə toxunub. Bildirilib ki, ölkədə artıq Milli Superkompüter Mərkəzi qurulub və bu, bizə imkan verir ki, mürəkkəb süni intellekt modelləri xarici bulud xidmətlərindən asılı olmadan, ölkə daxilində, təhlükəsiz şəkildə öyrədilsin və idarə edilsin. Bu, həm milli təhlükəsizlik, həm də rəqəmsal suverenlik baxımından strateji addımdır, dövlətə məxsus həssas məlumatlar artıq ölkə sərhədlərini tərk etmədən emal oluna bilir. Qeyd olunub ki, “Suveren süni intellekt”in inkişafı rəqəmsal müstəqillik, informasiya təhlükəsizliyi və milli təhlükəsizlik baxımından strateji əhəmiyyət kəsb edir və dövlət idarəetməsində səmərəliliyin artırılması, qərarvermə proseslərinin optimallaşdırılması və iqtisadiyyatın şaxələndirilməsi üçün geniş imkanlar yaradır. Habelə, nəzərə çatdırılıb ki, növbəti addım kimi 2028-ci ilin sonuna qədər Azərbaycan dili üzrə Böyük Dil Modellərinin yaradılması məsələsidir. Öz dilimizdə güclü modellər yaratmaq mədəni və linqvistik suverenliyimizi daha da artıracaq. Bununla yanaşı, Süni İntellekt Strategiyası dörd əsas istiqaməti əhatə edir: süni intellektin idarə edilməsinin təkmilləşdirilməsi, məlumatların idarə edilməsi və hesablama infrastrukturunun inkişafı, kadr potensialının gücləndirilməsi və ictimai maarifləndirmə.
Qeyd olunub ki, uşaqlar və yeniyetmələr üçün sosial media platformalarında geniş yayılmış kiberzorakılıq, kiberqısnama, yaşa uyğun olmayan məzmuna məruz qalma və onlayn cinsi zorakılıq edən şəxslər tərəfindən istismar riski ciddi narahatlıq doğurur. Nəzərə çatdırılıb ki, Azərbaycanda uşaqların yaşa uyğun informasiya əldə etmək və zərərli informasiyadan mühafizəsi hüquqi cəhətdən hələ 2018-ci ildə qəbul edilmiş "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunla tənzimlənir. Lakin sosial şəbəkə platformalarının bu illər ərzində keçdiyi transformasiya, sadə ünsiyyət vasitəsindən çoxşaxəli, alqoritmlə idarə olunan, bir çox hallarda isə manipulyativ dizayn həllərindən istifadə edən nəhəng ekosistemlərə çevrilməsi daha dəqiq tənzimləmə mexanizmlərini zəruri etdi. Bu baxımdan cari il iyunun 30-da Milli Məclisin qəbul etdiyi İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlara edilən dəyişikliklərin uşaqlarımızı sosial media platformalarındakı zərərli təsirlərdən qorumaq, sağlam düşüncəli gələcək nəslin formalaşması sahəsində mühüm əhəmiyyət kəsb etdiyi söylənilib.
Ölkəmizdə uşaq hüquqlarının müdafiəsi sahəsində Mehriban xanım Əliyevanın xidmətləri, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi qeyd edilib. Bu baxımdan, Mehriban xanım Əliyevanın həm Rəqəmsal İnkişaf Şurasının sədri, həm də uşaqların rifahının uzunmüddətli müdafiəçisi olması, rəqəmsal siyasətin təkcə iqtisadi səmərəlilik və texnoloji irəliləyiş prizmasından deyil, həm də insani, humanizm tərəfdən formalaşdırıldığının göstəricisi olaraq vurğulanıb.
Sonra tədbirdə Milli Məclisin Müdafiə, Təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc çıxış ediblər.
Bildirilib ki, müasir həyatda süni intellekt gündəlik istifadə edilən rəqəmsal platformalarda geniş tətbiq olunur. Lakin hər bir texnoloji inkişaf kimi, süni intellekt və rəqəmsal platformalar da müəyyən risklər yaradır. Xüsusilə uşaqlar və yeniyetmələr internetdən və sosial şəbəkələrdən geniş istifadə etdikləri üçün bu risklərə daha həssas qrup hesab olunurlar. Müasir dövrdə internetin sürətli inkişafı və kibertəhdidlərin artması fonunda uşaqların virtual təhlükəsizliyinin təmini mühüm strateji vəzifəyə çevrilib. Bu sahədə yaranan problemlərin həllində dövlət, məktəb, ailə, texnologiya şirkətləri və vətəndaş cəmiyyəti birlikdə fəaliyyət göstərməlidir. Qeyd olunub ki, müasir texnologiyanın imkanlarından düzgün və səmərəli istifadə etməklə, süni intellekt və rəqəmsal inkişaf gələcək nəsillər üçün daha təhlükəsiz, daha savadlı və daha innovativ bir dünya qurmağa xidmət edəcək.
Çıxışlarda, habelə, hazırda rəqəmsal məkanda uşaqların təhlükəsizliyini təmin etməyə yönəlmiş beynəlxalq hüquqi çərçivənin mövcud olduğu söylənilib. Azərbaycanın bu sahədə qüvvədə olan Avropa Şurasının Uşaqların Cinsi İstismar və Cinsi Zorakılıqdan Müdafiəsi haqqında, BMT-nin Uşaq Hüquqları haqqında və Avropa Şurasının Kibercinayətkarlıq haqqında konvensiyalarına qoşulduğu nəzərə çatdırılıb. Bununla yanaşı, BMT-nin Kibercinayətkarlıq haqqında Konvensiyasının 2024-cü ilin dekabr ayında qəbul edildiyi və Azərbaycan bu sənədi ratifikasiya edən ilk ölkələrdən biri olduğu qeyd edilib. Həmçinin, bildirilib ki, bu sahədə milli qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı mühüm addımlar atılıb. Bu istiqamətdə Prezidenti İlham Əliyevin “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında” Sərəncamının əhəmiyyəti xüsusi vurğulanıb.
Qeyd olunub ki, dövlətin rəqəmsal transformasiyası prosesində vətəndaşların, xüsusilə də uşaqların hüquqlarının qorunması vacib sahələrdən biridir. Burada əsas məqsəd uşaqlar üçün daha təhlükəsiz rəqəmsal mühit yaratmaq, zorakılığın təşviqini aradan qaldırmaq, uşaq hüquqlarının pozulmasının qarşısını almaq və yetkinlik yaşına çatmayanların fiziki və ya psixoloji inkişafına zərər verə biləcək məzmunun yayılmasını məhdudlaşdırmaqdır. Bildirilib ki, uşaq və gənclərə öz ideyalarını həyata keçirməyə, praktik bacarıqlar qazanmağa və ölkənin rəqəmsal iqtisadiyyatının inkişafına töhfə verməyə imkan verən təhsil proqramları, startaplar və digər layihələr böyük əhəmiyyət kəsb edir.
Bununla yanaşı, bildirilib ki, Azərbaycan artıq rəqəmsal iqtisadiyyat modelinə keçid mərhələsindədir və bu proses yalnız dövlət proqramları ilə deyil, möhkəm hüquqi baza ilə təmin olunmalıdır. Rəqəmsal transformasiyanın dövlət idarəçiliyində, iqtisadiyyatda və cəmiyyətdə fundamental dəyişikliklər tələb etdiyi və bunun üçün siyasi iradənin əsas şərt olduğu söylənilib. Qeyd edilib ki, artıq bu istiqamətdə strateji sənədlər qəbul olunub, dövlət proqramları təsdiqlənib, institusional çərçivə yaradılıb və dövlət qurumlarının səlahiyyətləri müəyyənləşdirilib.
Çıxışlarda Azərbaycanda uşaqların hüquqlarının müdafiəsinin hər zaman dövlətin prioritet məsələlərindən hesab edildiyi vurğulanıb. Rəqəmsal mühitdə mövcud qanunvericilik mexanizmlərinin təkmilləşdirilməsi və yeni hibrid təhdidlərə uyğunlaşdırılmasının vacibliyindən bəhs edilib. Bununla yanaşı, maarifləndirmə tədbirlərinin, o cümlədən uşaqlara dezinformasiya və deepfake kontentləri ayırd etmək bacarığının aşılanmasının, ailələrin rəqəmsal təhlükəsizlik proqramları barədə məlumatlılığının artırılmasının əhəmiyyətindən söhbət açılıb.
Daha sonra ictimai müzakirədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov, Milli Məclisin deputatları Kamal Cəfərov, Tahir Mirkişili, Rizvan Nəbiyev, Gülşən Paşayeva, Zaur Şükürov, “Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi” İctimai Birliyinin sədri Rauf Zeyni, Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli, “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə, “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimov çıxış ediblər.
Çıxışlarda vurğulanıb ki, müasir dövrdə dünya iqtisadiyyatında rəqabətin əsas hərəkətverici qüvvələri texnologiya, innovasiya və insan kapitalıdır. Qeyd olunub ki, son illərdə ölkəmizdə rəqəmsal inkişaf dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri kimi müəyyən edilib və bu sahədə ardıcıl, məqsədyönlü tədbirlər həyata keçirilir.
Tədbirdə “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı”nın əsas istiqamətlərindən bəhs olunub. Rəqəmsal suverenliyin möhkəmləndirilməsi, gənclərin rəqəmsal bacarıqlarının artırılması məqsədilə təşkil olunan təlimlərin əhəmiyyəti, rəqəmsal texnologiyalar vasitəsilə iqtisadi səmərəliliyin yüksəldilməsi, innovativ həllərin tətbiqi və bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Eyni zamanda, uşaqların sosial şəbəkələrdən istifadəsində valideyn nəzarətinin əhəmiyyəti, onların rəqəmsal asılılıqdan qorunması, kibertəhlükəsizliyin təmin edilməsi və təhlükəsiz rəqəmsal mühitin formalaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.
Çıxışlarda rəqəmsal savadlılığın artırılması, ictimai maarifləndirmə tədbirlərinin genişləndirilməsi və təhlükəsiz rəqəmsal davranış vərdişlərinin təşviqi istiqamətində vətəndaş cəmiyyətinin üzərinə düşən məsuliyyətlərdən də bəhs olunub. Bununla yanaşı, gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan layihələr, qarşıda duran çağırışlar və bu sahədə dövlət–özəl sektor–vətəndaş cəmiyyəti əməkdaşlığının əhəmiyyəti xüsusi vurğulanıb.
İctimai müzakirənin yekununda Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının sədri Ramid Namazov Azərbaycanda rəqəmsal inkişaf sahəsində son beş ay ərzində çox mühüm institusional addımların atıldığını, vahid koordinasiya sisteminə keçidin uğurla reallaşdırıldığını bildirib. Dövlət başçımızın strateji qərarları nəticəsində bu sahədə uğurla irəliləmək üçün artıq konkret yol xəritəsinin və institusional mexanizmin mövcud olduğu diqqətə çatdırılıb. Dövlət qurumlarının, özəl sektorun və vətəndaş cəmiyyətinin birgə səyi ilə Azərbaycanın həm rəqəmsal xidmətlər, həm də rəqəmsal təhlükəsizlik baxımından regionun etibarlı liderlərindən birinə çevriləcəyinə əminlik ifadə olunub.
İctimai müzakirədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Milli Məclisin deputatları Əminə Ağazadə, Kamran Bayramov, Sevil Mikayılova, Rasim Musabəyov, Elşən Musayev, Samir Vəliyev, Arzuxan Əli-zadə, Elman Nəsirov, Azər Badamov, Aydın Hüseynov, Parlament Aparatı rəhbərinin müavini Rüstəm Mahmudov, aidiyyəti qurumların təmsilçiləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri və digər rəsmi şəxslər iştirak
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər