“Atəşkəs əvvəldən davamlı deyildi” – Politoloq ABŞ–İran qarşıdurmasının təhlükəli ssenarisini şərh etdi
Tarix: 09-07-2026 | Saat: 19:00
Bölmə:Özəl | çapa göndər

ABŞ-ın İranın müxtəlif bölgələrinə endirdiyi son zərbələrdən sonra Vaşinqton və Tehran arasında gərginlik yenidən kəskinləşib. İran rəsmilərinin açıqladığı məlumata görə, hücumlar nəticəsində ölən və yaralananlar var. ABŞ isə əməliyyatları Hörmüz boğazında kommersiya gəmilərinə qarşı həyata keçirilən hücumlara cavab kimi qiymətləndirir. İran isə Vaşinqtonu əldə olunmuş razılaşmanı pozmaqda ittiham edir və cavab zərbələri endirdiyini bildirir.
Mövzu ilə bağlı Musavat.com-a danışan "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, tərəflər arasında imzalanmış memorandumun uzunömürlü olmayacağı əvvəldən aydın idi.
Onun sözlərinə görə, sənəddə yer alan müddəaların əhəmiyyətli hissəsi qarşılıqlı ziddiyyət təşkil edirdi və nə İran, nə də ABŞ həmin öhdəlikləri tam şəkildə yerinə yetirməyə hazır görünürdü.
Politoloq bildirir ki, əsas fikir ayrılığı Hörmüz boğazı üzərində nəzarət məsələsində yaranıb. İranın beynəlxalq gəmiçiliyə tətbiq etməyə çalışdığı məhdudiyyətlər və tankerlərə qarşı son hücumlar Vaşinqtonun sərt reaksiyasına səbəb olub. ABŞ-ın son zərbələri də məhz bu hadisələrin fonunda həyata keçirilib.
Elxan Şahinoğlunun fikrincə, hazırkı mərhələdə genişmiqyaslı müharibə ehtimalı yüksək görünməsə də, lokal hərbi qarşıdurmaların davam edəcəyi istisna edilmir. Onun qənaətincə, bu vəziyyət Yaxın Şərqdə gərginliyin uzun müddət davam etməsinə səbəb ola bilər.
Politoloq əlavə edib ki, regiondakı gərginliyin başqa istiqamətlərə yayılması riski də qalır. Onun sözlərinə görə, İranın müttəfiq qüvvələrinin aktivləşməsi halında qarşıdurmanın coğrafiyası genişlənə və yeni təhlükəsizlik çağırışları yarana bilər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər