Mobil versiya
Vida videosundan sonra 89 polis onu axtardı – Yeniyetmə boş tikintidə sağ tapıldı
Tarix: 09-07-2026 | Saat: 22:12
Bölmə:Özəl | çapa göndər

Vida videosundan sonra 89 polis onu axtardı – Yeniyetmə boş tikintidə sağ tapıldı




Türkiyənin Şırnak vilayətində sosial şəbəkədə paylaşdığı vida videosundan sonra itkin düşən 14 yaşlı yeniyetmə gecə boyu davam edən genişmiqyaslı axtarış əməliyyatı nəticəsində sağ-salamat tapılıb.

Yeniyetmə itkin düşməzdən əvvəl paylaşdığı videoda yaxın saatlarda yoxa çıxacağını bildirən ifadələr işlədib. Bundan sonra ailəsinin polisə müraciəti əsasında təcili axtarış əməliyyatı başlanıb.

Əməliyyata 20 qrup və piyada patrulları da daxil olmaqla ümumilikdə 89 polis əməkdaşı cəlb olunub. Hüquq-mühafizə orqanları gecə ərzində tərk edilmiş binaları, parkları, boş əraziləri və digər ehtimal olunan məkanları yoxlayıb, şəhərin giriş-çıxışları da nəzarətə götürülüb.

Saatlarla davam edən axtarışlardan sonra yeniyetmə səhər saatlarında Gündoğdu məhəlləsində yerləşən boş tikinti sahəsində sağ vəziyyətdə aşkarlanıb.

İlkin tibbi müayinənin nəticələrinə görə, onun sağlamlıq vəziyyətinin qənaətbəxş olduğu və heç bir xəsarət almadığı müəyyən edilib. Lazımi prosedurlardan sonra yeniyetmə ailəsinə təhvil verilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
09-07-2026