Azər Məmmədov: “Şuşa Qlobal Media Forumu siyasi məzmunu və verdiyi strateji mesajlar baxımından önəmli beynəlxalq platformaya çevrilib” - Müsahibə
Tarix: 16-07-2026 | Saat: 09:34
Bölmə:Manşet / Siyasət / Özəl / Yazar1 | çapa göndər

Son bir neçə ildə Azərbaycan ən böyük və ən mötəbər beynəlxalq tədbirlərə ardıcıl olaraq uğurla ev sahibliyi edir. Bu hal artıq ölkənin ictimai-siyasi həyatının ayrılmaz bir hissəsinə çevrilib. Buna paralel olaraq Azərbaycanın özünün dünyaya təqdim etdiyi iqtisadi, siyasi və media platformaları da ildən-ilə öz nüfuzunu artırmaqdadırlar. Bu baxımdan 2023-cü ildən fəaliyyətə başlamış Şuşa Qlobal Media Forumunun uğurları xüsusilə diqqəti cəlb edir. Bu ilin 13 iyul tarixində keçirilən IV Şuşa Qlobal Media Forumunun əhəmiyyəti, burada müzakirə olunan məsələlər və səsləndirilən fikirlərlə bağlı suallarımızı aia.az saytının baş redaktoru Azər Məmmədov cavablandırıb.
– Azər müəllim, IV Şuşa Qlobal Media Forumu artıq ənənəvi beynəlxalq platformaya çevrilib. Sizcə, builki Forum Azərbaycanın dünyadakı mövqeyinin və beynəlxalq nüfuzunun təqdimatı baxımından hansı yeni məqamlarla yadda qaldı?
– Şuşa Qlobal Media Forumu qısa müddətdə beynəlxalq informasiya məkanında xüsusi çəkisi olan nüfuzlu dialoq platforması kimi özünü təsdiqləyib. Hər il iştirakçı coğrafiyasının genişlənməsi, aparıcı media qurumlarının, nüfuzlu ekspertlərin və beynəlxalq təşkilatların tədbirə artan marağı bunu aydın şəkildə göstərir. Artıq Forum təkcə peşəkar media nümayəndələrinin fikir mübadiləsi apardığı məkan deyil, həm də qlobal gündəmdə yer alan siyasi, iqtisadi və təhlükəsizlik məsələlərinin açıq müzakirə olunduğu beynəlxalq tribuna funksiyasını yerinə yetirir. Bu baxımdan IV Şuşa Qlobal Media Forumu Azərbaycanın artan beynəlxalq nüfuzunu, ölkəmizin təşəbbüslərinə göstərilən etimadı və Şuşanın qlobal dialoq mərkəzinə çevrildiyini bir daha nümayiş etdirdi.
Forum çərçivəsində cənab Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər isə Azərbaycanın müasir xarici siyasət kursunun əsas istiqamətlərini dolğun şəkildə ortaya qoydu. Dövlət başçısı ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı rolu, regional sabitliyə verdiyi töhfələri, çoxtərəfli əməkdaşlığa sadiqliyini və milli maraqlara əsaslanan müstəqil siyasətini konkret faktlarla diqqətə çatdırdı. Bütün bunlar göstərir ki, Azərbaycan artıq yalnız regionun deyil, daha geniş coğrafiyanın etibarlı tərəfdaşı və mühüm siyasi aktorlarından biri kimi qəbul edilir. Məhz buna görə də Şuşadan verilən mesajlar beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla izlənilir və ölkəmizin qlobal proseslərdə artan rolunun növbəti təsdiqi kimi dəyərləndirilir.
– Forum çərçivəsində enerji təhlükəsizliyi və qlobal enerji bazarındakı dəyişikliklər də geniş müzakirə olundu. Prezident İlham Əliyevin bu istiqamətdə səsləndirdiyi mesajları necə dəyərləndirirsiniz?
– IV Şuşa Qlobal Media Forumunda enerji məsələlərinin xüsusi yer tutması təsadüfi deyil. Çünki bu gün Azərbaycan təkcə enerji ehtiyatlarına malik ölkə kimi deyil, həm də Avropanın enerji təhlükəsizliyinə real töhfə verən etibarlı tərəfdaş kimi çıxış edir. Cənab Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər göstərdi ki, ölkəmizin həyata keçirdiyi ardıcıl enerji strategiyası artıq yeni inkişaf mərhələsinə qədəm qoyub. Qaz ixracının coğrafiyasının genişlənməsi, yeni bazarlara çıxış imkanlarının artması, hasilat potensialının gücləndirilməsi və beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi Azərbaycanın enerji diplomatiyasının uğurlarını aydın şəkildə nümayiş etdirir. Bununla yanaşı, mövcud geosiyasi reallıqlar fonunda nəqliyyat və ixrac infrastrukturunun genişləndirilməsi gələcək inkişafın əsas prioritetlərindən biri kimi ön plana çıxır. Dövlət başçısının çıxışında xüsusi diqqət yetirilən məqamlardan biri isə ənənəvi enerji resursları ilə bərpaolunan enerji mənbələrinin vahid strateji yanaşma çərçivəsində inkişaf etdirilməsidir. Qarşıdakı illərdə yaşıl enerji istehsalının əhəmiyyətli dərəcədə artırılması həm ölkədaxili enerji balansının daha səmərəli qurulmasına, həm də təbii qazın ixrac imkanlarının genişlənməsinə xidmət edəcək. Bu yanaşma Azərbaycanın enerji siyasətinin yalnız mövcud tələbatı ödəməyə deyil, uzunmüddətli perspektivdə qlobal enerji bazarında rəqabət üstünlüyünü qorumağa hesablandığını göstərir. Forumda səsləndirilən fikirlər bir daha təsdiq etdi ki, enerji sektoru Azərbaycanın beynəlxalq mövqeyini gücləndirən və strateji tərəfdaşlıqlarını genişləndirən əsas istiqamətlərdən biri olaraq qalır.
– Forumda regional təhlükəsizlik, sülh və əməkdaşlıq məsələləri də geniş müzakirə olundu. Prezident İlham Əliyevin bu istiqamətdə səsləndirdiyi fikirləri necə şərh edə bilərsiz?
– Cənab Prezidentin çıxışı bir daha nümayiş etdirdi ki, Azərbaycan regionda dayanıqlı sülhün və qarşılıqlı etimada əsaslanan əməkdaşlıq mühitinin formalaşmasının tərəfdarıdır. Son illər ölkəmizin həyata keçirdiyi xarici siyasət kursu göstərir ki, Bakı istənilən beynəlxalq və regional məsələyə praqmatik yanaşır, qarşıdurmadan deyil, dialoqdan çıxış edir. Məhz buna görə də müxtəlif dövlətlər və beynəlxalq tərəfdaşlar həssas məsələlərin müzakirəsində Azərbaycanın mövqeyinə etibar edir, onu obyektiv və qərəzsiz tərəfdaş kimi qəbul edirlər. Bu etimad illərlə formalaşmış ardıcıl siyasətin, verilən vədlərə sadiqliyin və beynəlxalq hüquqa hörmət prinsipinin məntiqi nəticəsidir. Dövlət başçısının çıxışında diqqət çəkən əsas məqamlardan biri də Azərbaycanın vasitəçilik və etimad mühiti yaradan ölkə kimi artan rolunun xüsusi vurğulanması idi. Prezident İlham Əliyev qeyd etdi ki, ölkəmizin heç bir gizli gündəmi yoxdur və Azərbaycan yalnız qarşılıqlı fayda gətirən təşəbbüsləri dəstəkləyir. Bu prinsip müxtəlif tərəflər arasında dialoqun qurulmasına, gərginliyin azaldılmasına və etibarlı əməkdaşlıq formatlarının yaranmasına mühüm töhfə verir. Artıq Azərbaycanın imkanları təkcə siyasi deyil, iqtisadi və humanitar müstəvidə də genişlənib ki, bu da regional proseslərdə daha fəal iştirak etməyə şərait yaradır. Şuşa Forumunda səsləndirilən mesajlar göstərdi ki, ölkəmiz bundan sonra da sabitlik, etimad və əməkdaşlıq naminə konstruktiv təşəbbüslərini davam etdirəcək və regionun gələcəyinin məhz qarşılıqlı hörmət və dialoq üzərində qurulmasını dəstəkləyəcək.
– Cənab Prezident öz çıxışında Azərbaycanın İslam dünyasında oynadığı rola da xüsusi toxundu. Bu istiqamətdə səsləndirilən fikirləri necə qiymətləndirirsiniz?
– Azərbaycanın İslam dünyasındakı fəaliyyəti uzun illərdir qarşılıqlı hörmətə, həmrəyliyə və praktik əməkdaşlığa əsaslanan ardıcıl siyasətlə səciyyələnir. Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda bu məsələyə xüsusi yer ayırması təsadüfi deyil. Çünki hazırkı mürəkkəb beynəlxalq şəraitdə müsəlman ölkələri arasında dialoqun genişləndirilməsi, ortaq maraqlar ətrafında əməkdaşlığın gücləndirilməsi və həmrəyliyin möhkəmləndirilməsi xüsusi aktuallıq daşıyır. Azərbaycanın gələn il İslam Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısına ev sahibliyi edəcək olması da ölkəmizə göstərilən yüksək etimadın və həyata keçirilən uğurlu xarici siyasətin növbəti təzahürüdür. Bu, Azərbaycanın İslam aləmində nüfuzunun davamlı şəkildə artdığını və etibarlı tərəfdaş kimi qəbul edildiyini bir daha təsdiqləyir. Dövlət başçısının çıxışında vurğulanan məqamlar göstərdi ki, Azərbaycan müxtəlif beynəlxalq platformalarda əldə etdiyi təcrübəni İslam dünyasında əməkdaşlığın möhkəmləndirilməsinə də uğurla tətbiq edir. Qoşulmama Hərəkatına sədrliyi dövründə nümayiş etdirilən balanslı və nəticəyönümlü fəaliyyət, 120 üzv dövlətin yekdil dəstəyi, eləcə də COP29 çərçivəsində fərqli maraqlara malik tərəflər arasında ortaq mövqenin formalaşdırılması ölkəmizin dialoq qurmaq və konsensus əldə etmək bacarığını aydın şəkildə nümayiş etdirdi. Məhz bu siyasət Azərbaycanın beynəlxalq aləmdə etibarlı vasitəçi və məsuliyyətli tərəfdaş kimi mövqeyini daha da gücləndirib. Prezident İlham Əliyevin Forumda səsləndirdiyi fikirlər də təsdiqlədi ki, ölkəmiz bundan sonra da İslam dünyasında həmrəyliyin, qarşılıqlı anlaşmanın və birgə inkişafın təşviqinə mühüm töhfələr verməyə davam edəcək.
– IV Şuşa Qlobal Media Forumunda Azərbaycan–ABŞ münasibətlərinin perspektivləri ilə bağlı da mühüm mesajlar səsləndirildi. Bu fikirlərin əsas mahiyyətini necə dəyərləndirirsiniz?
– Azərbaycan–ABŞ münasibətləri Prezident İlham Əliyevin çıxışında diqqət çəkən mühüm istiqamətlərdən biri oldu. Dövlət başçısının səsləndirdiyi fikirlər göstərdi ki, iki ölkə arasında qarşılıqlı hörmətə və ortaq maraqlara əsaslanan əməkdaşlıq keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Son dövrlərdə siyasi dialoqun intensivləşməsi, yüksək səviyyəli qarşılıqlı səfərlər və müxtəlif sahələri əhatə edən institusional əməkdaşlıq mexanizmlərinin formalaşdırılması münasibətlərin strateji xarakter daşıdığını təsdiqləyir. Bu yanaşma təkcə ikitərəfli əlaqələrin inkişafına deyil, həm də regional sabitliyin və beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edən mühüm amil kimi çıxış edir. Azərbaycanın müstəqil və praqmatik xarici siyasəti bu əməkdaşlığın etibarlı təməl üzərində inkişaf etməsinə əlverişli şərait yaradır. Prezident İlham Əliyevin diqqətə çatdırdığı faktlar göstərir ki, hazırda tərəflər strateji tərəfdaşlıq çərçivəsində üzərlərinə götürdükləri öhdəliklərin ardıcıl icrası istiqamətində fəaliyyət göstərirlər. Ticarət və investisiyalar, rəqəmsal transformasiya, süni intellekt, enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları, eləcə də müdafiə sahəsində yaradılmış əməkdaşlıq mexanizmləri münasibətlərin geniş gündəliyə malik olduğunu nümayiş etdirir. Eyni zamanda, hərbi əməkdaşlıq sahəsində mövcud məhdudiyyətlərin aradan qaldırılması və qarşılıqlı etimadın möhkəmlənməsi tərəfdaşlığın yeni imkanlar qazandığını göstərir. Forumda verilən mesajlar bir daha təsdiqlədi ki, Azərbaycan–ABŞ münasibətləri qarşılıqlı fayda, bərabərhüquqlu əməkdaşlıq və uzunmüddətli strateji maraqlar əsasında inkişaf edir və bu xətt gələcəkdə də yeni məzmunla zənginləşəcək.
– Sonda belə bir sual vermək istərdim. IV Şuşa Qlobal Media Forumunda səsləndirilən bütün mesajları ümumi siyasi kontekstdə necə xarakterizə etmək olar? Bu Forum Azərbaycan və regionun gələcəyi ilə bağlı hansı əsas mənzərəni ortaya qoydu?
– Media Forumu bir daha təsdiqlədi ki, Şuşa artıq təkcə Azərbaycanın tarixi-mədəni paytaxtı deyil, eyni zamanda qlobal siyasi dialoqun və beynəlxalq media əməkdaşlığının mühüm mərkəzlərindən birinə çevrilib. Forum çərçivəsində müzakirə olunan mövzuların əhatə dairəsi – regional təhlükəsizlikdən enerji siyasətinə, beynəlxalq əməkdaşlıqdan informasiya mühitinə qədər uzanan geniş spektr – Azərbaycanın dünya gündəliyində artan rolunu aydın şəkildə nümayiş etdirdi. Ən önəmlisi isə odur ki, burada səsləndirilən fikirlər ayrı-ayrı məsələlərin şərhi ilə məhdudlaşmadı, ölkəmizin uzunmüddətli inkişaf strategiyasını, milli maraqlara söykənən xarici siyasət kursunu və qlobal çağırışlara münasibətini əks etdirən vahid siyasi konsepsiya kimi təqdim olundu. Prezident İlham Əliyevin Forumdakı çıxışı da məhz bu konsepsiyanın əsas istiqamətlərini dolğun şəkildə ortaya qoydu. Dövlət başçısı Azərbaycanın müstəqil qərarvermə iradəsini, beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyini, enerji təhlükəsizliyinə verdiyi töhfələri, sülh və əməkdaşlıq təşəbbüslərini, eləcə də etibarlı tərəfdaş kimi qazandığı nüfuzu konkret faktlar əsasında diqqətə çatdırdı. Bu mesajlar göstərdi ki, Azərbaycan artıq yalnız regional proseslərin iştirakçısı deyil, onların formalaşmasına təsir göstərən mühüm aktorlardan biridir. Şuşadan dünyaya ünvanlanan çağırışlar ölkəmizin gələcək inkişaf prioritetlərini, beynəlxalq münasibətlər sistemində artan çəkisini və regional liderliyini bir daha nümayiş etdirdi. Məhz buna görə IV Şuşa Qlobal Media Forumu həm siyasi məzmunu, həm də verdiyi strateji mesajlar baxımından Azərbaycanın müasir inkişaf tarixində mühüm əhəmiyyət daşıyan beynəlxalq platformalardan biri kimi yadda qaldı.
Müsahibəni hazırladı: Elbrus Bağırov
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-07-2026
11:40 Haluk Levent həbs edildi