Qarşılıqlı maraqlara əsaslanan iqtisadi əməkdaşlıq
Tarix: 16-07-2026 | Saat: 10:49
Bölmə:Siyasət | çapa göndər

Beynəlxalq münasibətlərdə dövlətlər arasında əməkdaşlığın uğuru yalnız imzalanan sənədlərin sayı ilə deyil, onların real nəticələri və praktiki əhəmiyyəti ilə qiymətləndirilir. Azərbaycan ilə Slovakiya arasında son illərdə sürətlə inkişaf edən münasibətlər də məhz bu prinsipi özündə əks etdirir. Prezident İlham Əliyevin Slovakiya Prezidenti Peter Pelleqrini ilə Şuşada keçirdiyi görüş və mətbuata verdiyi bəyanatlar göstərdi ki, iki ölkə arasındakı əlaqələr artıq yeni keyfiyyət mərhələsinə yüksəlib. Son dövrlərdə qarşılıqlı səfərlərin intensivləşməsi, hökumətlərarası dialoqun genişlənməsi və müxtəlif sahələr üzrə birgə layihələrin reallaşdırılması Bakı ilə Bratislava arasında formalaşmış yüksək etimad mühitinin bariz nümunəsidir. Dövlət başçısının vurğuladığı kimi, ötən il imzalanmış Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamənin müddəalarının artıq konkret layihələr vasitəsilə icra olunması münasibətlərin uzunmüddətli strateji maraqlara əsaslandığını bir daha təsdiqləyir.
Şuşada keçirilən görüşün siyasi və rəmzi əhəmiyyəti xüsusi qeyd olunmalıdır. Uzun illər işğalın nəticələrini yaşamış bu şəhər bu gün Azərbaycanın beynəlxalq əməkdaşlıq və dialoq məkanlarından birinə çevrilib. Xarici ölkə rəhbərlərinin Qarabağa səfərləri və aparılan bərpa-quruculuq işləri ilə tanış olmaları Azərbaycanın həyata keçirdiyi yenidənqurma siyasətinə beynəlxalq dəstəyin və etimadın artdığını nümayiş etdirir. Slovakiya Prezidentinin Azərbaycana səfərinə məhz Qarabağdan başlaması da mühüm siyasi məna daşıyır. İkitərəfli əməkdaşlığın əsas istiqamətlərindən biri Slovakiyanın Qarabağın bərpasına verdiyi dəstəkdir. Ağdam rayonunun Baş Qərvənd kəndində Slovakiya şirkətinin həyata keçirdiyi “Ağıllı kənd” layihəsi bunun ən konkret nümunələrindən biridir. Bu təşəbbüs yalnız müasir infrastrukturun yaradılmasına deyil, həm də innovativ texnologiyaların tətbiqinə, dayanıqlı yaşayış modelinin formalaşdırılmasına və azad edilmiş ərazilərin sosial-iqtisadi inkişafına beynəlxalq tərəfdaşların cəlb edilməsinə xidmət edir. Görüş zamanı iqtisadiyyat, ticarət, energetika, hərbi-texniki əməkdaşlıq və digər sahələr üzrə aparılan müzakirələr göstərdi ki, Azərbaycan ilə Slovakiya arasında münasibətlər artıq təkcə siyasi dialoq çərçivəsində inkişaf etmir. Tərəflər qarşılıqlı maraq doğuran bütün istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi üçün konkret fəaliyyət mexanizmləri formalaşdırırlar. Xüsusilə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu Slovakiya ilə tərəfdaşlıq üçün yeni perspektivlər açır. Prezident Peter Pelleqrinin Azərbaycanın regionda sabitlik və inkişafın təmin edilməsində oynadığı rolu yüksək qiymətləndirməsi də ölkəmizin həyata keçirdiyi müstəqil siyasətin və formalaşdırdığı yeni geosiyasi reallıqların Avropa dövlətləri tərəfindən obyektiv qəbul olunduğunu göstərir. Qarşılıqlı hörmət və etimada əsaslanan bu münasibətlər yalnız iki ölkənin milli maraqlarına xidmət etmir, eyni zamanda Avropa ilə Cənubi Qafqaz arasında əməkdaşlığın möhkəmlənməsinə də mühüm töhfə verir. Şuşada səsləndirilən fikirlər bir daha nümayiş etdirdi ki, Azərbaycan–Slovakiya münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu əməkdaşlığın əsasını isə formal bəyanatlar deyil, konkret layihələr, qarşılıqlı etimad və ortaq strateji maraqlar təşkil edir. Məhz bu amillər gələcək illərdə iki ölkə arasında tərəfdaşlığın daha da genişlənəcəyinə və yeni məzmun qazanacağına möhkəm zəmin yaradır.
Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-07-2026
11:40 Haluk Levent həbs edildi