Mobil versiya
Naxçıvanda orta aylıq nominal əməkhaqqı artıb
Tarix: 16-07-2026 | Saat: 14:31
Bölmə:İqtisadiyyat | çapa göndər

Naxçıvanda orta aylıq nominal əməkhaqqı artıb

Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında orta aylıq nominal əməkhaqqı 868 manat təşkil edib.

Bu barədə aia.az-a Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,9 % çoxdur.

Xatırladaq ki, 5 ay ərzində Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,3 % artaraq 1 175 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-07-2026