Mobil versiya
Böyükşor sahilindəki köpük nədir?
Tarix: 20-07-2026 | Saat: 18:03
Bölmə:Ölkə | çapa göndər

Böyükşor sahilindəki köpük nədir?

Böyükşor bulvarının sahil hissəsində yaranan naməlum köpüklənmə ərazidə yaşayan sakinlərin narahatlığına səbəb olub.

aia.az xəbər verir ki, vətəndaşların sözlərinə görə, son günlər sahil boyunca ağ rəngli köpük əmələ gəlib. Onların sözlərinə görə, köpüklənmə ilə yanaşı, ərazidə xoşagəlməz qoxu da hiss olunur.

Yaranmış vəziyyətə münasibət bildirən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən qeyd olunub ki, məsələ araşdırılması üçün aidiyyəti quruma yönləndirilib. Araşdırmanın nəticələri məlum olduqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək.

Xatırladaq ki, Böyükşor bulvarında oxşar hallar əvvəlki illərdə də qeydə alınıb. Hazırkı köpüklənmənin səbəbi isə müvafiq araşdırmalar başa çatdıqdan sonra dəqiqləşəcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-07-2026