Bakıda təmir edilən yol yenidən çökdü - Video
Tarix: 21-09-2026 | Saat: 22:30
Bölmə:Ölkə | çapa göndər

Paytaxtın 8 Noyabr prospektində çökmüş yol bir müddət əvvəl təmir edilsə də, həmin hissə yenidən çöküb.
“aia.az” xəbər verir ki, sözügedən yolda dəliklər əmələ gəlib, əsas hərəkət hissəsində bir necə yerdən yeni asfalt qatının vurulduğu yerlər də çöküb.
Prospektdən mütəmadi istifadə edən sürücülər yolun bu halda olmasının onlar üçün ciddi problem yaratdığını bildirirlər.
Sürücülərin sözlərinə görə, ən pis hal isə yolun təmirdən qısa müddət sonra bu hala düşməsidir.
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən bildirlib ki, hazırda sözgedən ərazidə bərpa işlərinin aparılması ilə bağlı layihə hazırlanır.
Bu məqsədlə ərazidə zəruri geoloji və topoqrafik tədqiqatlar aparılıb, mövcud vəziyyət qiymətləndirilib və əldə olunan nəticələr əsasında müvafiq layihə həlləri hazırlanıb. Nəzərdə tutulan mühəndislik tədbirlərinin icrası ilə mövcud problemin tam aradan qaldırılması hədəflənir.
Daha ətraflı “Xəzər TV”nin süjetində:
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər