Britaniya mediası: FİFA-da yeni maliyyə planı ətrafında mübahisə böyüyür
Tarix: 30-07-2026 | Saat: 18:17
Bölmə:Özəl | çapa göndər

Britaniya mediası FİFA prezidenti Canni İnfantinonun milli futbol federasiyalarına göndərdiyi məktubun təşkilat daxilində ciddi müzakirələrə səbəb olduğunu yazıb. Məlumata görə, məktubda FİFA-nın yeni kommersiya modelinə dəstək verilməsi çağırışı yer alır.
İddialara əsasən, FİFA Dünya Kuboku və digər iri turnirlərin kommersiya hüquqlarını idarə edəcək FIFA Forward Enterprises adlı yeni qurum yaratmağı planlaşdırır. Bildirilir ki, bu strukturun payının 20-30 faizinin xarici investorlara satılması nəzərdə tutulur və məqsəd təşkilatın gəlirlərini artırmaqdır.
Britaniya nəşrlərinin yazdığına görə, İnfantino məktubunda təşəbbüs təsdiqlənərsə, milli federasiyalara ayrılan maliyyə vəsaitinin mərhələli şəkildə artırılacağını qeyd edib. Eyni zamanda, plan dəstəklənməyəcəyi təqdirdə ayrılacaq vəsaitin daha aşağı səviyyədə qalacağı bildirilib. Federasiyalara mövqelərini bildirmək üçün sentyabrın 19-dək vaxt verildiyi qeyd olunur.
Məsələ ilə bağlı danışan bəzi mənbələr bu maliyyə təşviqlərini tənqid edərək onları etik baxımdan mübahisəli hesab ediblər. Həmin mənbələrin iddiasına görə, federasiyalara təklif olunan əlavə maliyyə dəstəyi qərarvermə prosesinə təsir göstərə bilər.
Mediada yer alan xəbərlərə əsasən, UEFA daxilində də təşəbbüslə bağlı narahatlıqlar səsləndirilib. Bildirilir ki, bəzi Avropa futbol rəsmiləri yeni modelin futbolun idarəetmə prinsiplərinə təsirini müzakirə edir və müxtəlif ssenarilər nəzərdən keçirilir.
Qeyd edək ki, FİFA-nın inkişaf proqramları çərçivəsində ayrılan maliyyə vəsaiti xüsusilə kiçik futbol federasiyalarının infrastruktur layihələri, akademiyalar və milli komandaların fəaliyyəti üçün mühüm əhəmiyyət daşıyır. FİFA və Canni İnfantino Britaniya mediasında səsləndirilən "rüşvət" xarakterli iddialarla bağlı hələlik rəsmi açıqlama verməyiblər.:::
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
30-07-2026