Botoksla bağlı narahatlıq artır - Rəsmi qurum vətəndaşlara müraciət etdi
Tarix: 30-07-2026 | Saat: 13:38
Bölmə:Manşet / Ölkə | çapa göndər

Son günlər Bakıda estetik məqsədlə botoks proseduru etdirən bir sıra şəxslərin səhhətində ciddi problemlərin yarandığına dair məlumatlar və sosial şəbəkələrdə yayılan paylaşımlar geniş ictimai müzakirələrə səbəb olub. İstifadəçilər prosedurdan sonra üz əzələlərində zəiflik, mimikaların pozulması, göz qapağının sallanması, nitq və udma çətinliyi, görmə problemləri, qol və boyun nahiyəsində hərəkət məhdudiyyəti kimi şikayətlərdən bəhs edirlər.
Aia.az xəbər verir ki, məsələyə diqqət çəkənlər arasında tanınmış blogerlər və digər vətəndaşlar da var. Onlar botoks prosedurundan sonra ciddi fəsadlarla üzləşdiklərini bildirərək, istifadə olunan preparatların keyfiyyəti və prosedurların hansı şəraitdə həyata keçirilməsi ilə bağlı suallar qaldırıblar. Bəzi şəxslər hətta gündəlik fəaliyyətlərini yerinə yetirməkdə çətinlik çəkdiklərini qeyd ediblər.
Yayılan məlumatlar fonunda bəzi estetik həkimlər vəziyyət tam aydınlaşana qədər botoks prosedurlarını müvəqqəti dayandırdıqlarını açıqlayıblar. Belə halların səbəbi həm preparatın keyfiyyəti, həm də inyeksiyanın düzgün aparılmaması ilə bağlı ola bilər. Onların sözlərinə görə, botulinum toksini düzgün dozada və anatomik qaydalara uyğun tətbiq edilmədikdə müxtəlif nevroloji fəsadlar yarana bilər.
Aia.az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, Azərbaycanda 2025-2026-cı illər ərzində “BOTULINUM TOXIN TYPE A” təsiredici maddəyə malik yalnız Koreya Respublikasının istehsalı olan dərman vasitələri idxal olunub:
“Dövlət reyestrində də yalnız Koreya Respublikası istehsalı olan bu tip preparatlar mövcuddur. 2026-cı ildə “Fortoks 100 Unit/vial inyeksiya məhlulu üçün liofilizə olunmuş toz” adlı preparat idxal edilib. Cari ilin 23 iyun tarixinə qədər bu dərman vasitəsindən 2050 ədəd gətirilib. Qeyd etdiyimiz kimi, sonuncu dəfə Azərbaycan Respublikasına "Clostridium botulinum toxin type A" tərkibli dərman vasitəsi 2026-cı ilin iyun ayında rəsmi qaydada idxal edilib. Sosial şəbəkələrdə yayılan məlumatlarda isə istifadə olunduğu iddia edilən preparatın ticarət adı, istehsalçısı və seriya nömrəsi göstərilmədiyindən həmin məhsulun identifikasiyası mümkün deyil.
Hazırda dövlət qeydiyyatında olan və ölkəyə rəsmi qaydada idxal edilmiş "Clostridium botulinum toxin type A" tərkibli dərman vasitələrinin keyfiyyəti və təhlükəsizliyi ilə bağlı Analitik Ekspertiza Mərkəzinə hər hansı rəsmi müraciət və ya təsdiqlənmiş məlumat daxil olmayıb. Bu preparatlar ölkəyə idxal edilərkən qanunvericiliyin tələblərinə uyğun olaraq ekspertizadan keçirilir və laborator nəzarət zamanı yoxlanılan keyfiyyət göstəricilərində hər hansı uyğunsuzluq aşkar edilməyib.
Əgər hər hansı vətəndaş və ya tibb mütəxəssisi istifadə edilən preparatın keyfiyyəti ilə bağlı şübhə və ya narazılıq bildirərsə, Analitik Ekspertiza Mərkəzi müraciət əsasında ölkəyə rəsmi qaydada idxal olunmuş həmin dərman vasitəsinin laborator analizini ödənişsiz həyata keçirməyə və nəticələri müraciət edən şəxsə təqdim etməyə hazırdır.
Vətəndaş istifadə etdiyi botoks preparatının Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçib-keçmədiyini asanlıqla yoxlaya bilər. Bunun üçün pharma.az portalında "Dərman vasitələrinin axtarışı" bölməsinə daxil olaraq dərmanın ticarət adını yazmaq kifayətdir. Dərman vasitəsi dövlət qeydiyyatındadırsa, onun qeydiyyat məlumatları, istehsalçısı və digər məlumatlar sistemdə əks olunur. Bundan əlavə, vətəndaş zərurət yarandıqda həmin dərman vasitəsi barədə müalicə aldığı tibb müəssisəsindən də məlumat tələb edə bilər.
Əlavə olaraq bildiririk ki, vətəndaşlar özəl tibb müəssisələrində və aptek təşkilatlarında qanunsuz fəaliyyət, şübhəli preparatlar və ya digər pozuntularla bağlı aşağıdakı vasitələrlə Analitik Ekspertiza Mərkəzinə müraciət edə bilərlər. Daxil olan bütün müraciətlər qanunvericiliyin tələblərinə uyğun qaydada araşdırılır və zərurət yarandıqda müvafiq tibb və əczaçılıq müəssisələrində plandankənar yoxlamalar həyata keçirilir”.
Qeyd edək ki, botoks proseduru dünyada geniş tətbiq olunan estetik və tibbi müdaxilə hesab olunsa da, onun yalnız ixtisaslı həkim tərəfindən, sertifikatlaşdırılmış preparatlardan istifadə edilməklə aparılması tövsiyə olunur. Mənşəyi məlum olmayan preparatlar və qeyri-peşəkar müdaxilələr sağlamlıq üçün ciddi risklər yarada bilər. Hazırda sosial şəbəkələrdə yayılan iddialar və vətəndaş müraciətləri fonunda bu sahədə nəzarət mexanizmlərinin gücləndirilməsi, estetik prosedurların icrasına dair monitorinqlərin artırılması və preparatların mənşəyinin daha ciddi yoxlanılması məsələləri də yenidən gündəmə gəlib. Hadisələrin araşdırılmasının nəticələri isə ictimaiyyət tərəfindən maraqla gözlənilir.
Aysel Timur
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
30-07-2026