Mobil versiya
Kirayə mənzillər rekord vaxtda bitdi - Cəmi 16 dəqiqə
Tarix: 04-08-2026 | Saat: 20:11
Bölmə:İqtisadiyyat | çapa göndər

Kirayə mənzillər rekord vaxtda bitdi - Cəmi 16 dəqiqə


Bu gün satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində mənzillərin seçimi prosesi artıq başa çatıb.

“aia.az” xəbər verir ki, bu haqda İpoteka və Kredit Zəmanət Fondu və “AzInTelecom” birgə məlumat yayıb.

Bildirilib ki, seçim prosesində Azərbaycanda ilk dəfə olaraq İKZF-nin təşəbbüsü ilə yaşayış sahələrinin kütləvi seçimi zamanı SİMA rəqəmsal imzanın üztanıma texnologiyası tətbiq edilib.

Seçim prosesində Bakı şəhəri Binəqədi rayonu Cəfər Xəndan küçəsində yerləşən yaşayış kompleksində 184 yeni, tam təmirli mənzil vətəndaşların seçiminə təqdim olunub. Yaşayış sahələri vətəndaşlar tərəfindən “Elektron ipoteka və kredit zəmanət” sistemində 16 dəqiqə 22 saniyə ərzində seçilib və bütün müraciətlər qaydalar çərçivəsində tamamlanıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-08-2026