Azərbaycan toyuq əti idxalını minimuma endirməyə hazırlaşır – 2030-cu il üçün böyük hədəf
Tarix: 10-08-2026 | Saat: 16:49
Bölmə:Özəl | çapa göndər

Azərbaycanın qeyri-neft sektorunda inkişaf tempinə görə seçilən istiqamətlərdən biri quşçuluqdur. Son illərdə yeni istehsal güclərinin yaradılması, dövlət dəstəyi və təsərrüfatların modernləşdirilməsi nəticəsində həm yumurta, həm də quş əti istehsalında artım qeydə alınıb. Qarşıdakı əsas hədəf isə ölkənin quş ətinə olan tələbatını tam şəkildə yerli istehsal hesabına ödəməkdir.
Mayın 25-də kənd təsərrüfatına həsr olunmuş müşavirədə Prezident İlham Əliyevin açıqladığı göstəricilərə əsasən, Azərbaycan hazırda quş əti ilə özünü 82 faiz səviyyəsində təmin edir. İllik istehsal 147 min ton, idxal isə 32 min ton təşkil edir. Yumurta istehsalında isə ölkənin daxili tələbatı tam təmin olunur və ixrac imkanları yaranıb.
2025-ci ildə Azərbaycanda yumurta istehsalı 2 milyard 340 milyon ədədi keçib. Bununla yanaşı, təxminən 90 milyon ədəd süfrə yumurtası xarici bazarlara göndərilib. Bu göstəricilər quşçuluğun artıq yalnız daxili ərzaq təhlükəsizliyini təmin edən sahə deyil, eyni zamanda ixrac potensialına malik aqrar biznes istiqamətinə çevrildiyini göstərir.
Qarşıdakı dörd ildə əsas dəyişiklik quş əti istehsalında gözlənilir. Prezident İlham Əliyevin təsdiqlədiyi 2026–2030-cu illər üzrə Dövlət Proqramında quş əti istehsalının ən azı 30 faiz artırılması nəzərdə tutulur. Mövcud 147 min tonluq göstərici əsas götürüldükdə, söhbət əlavə olaraq 44 min tona yaxın quş əti istehsalından gedir.
Rəsmi statistik göstəricilər sahədə artım üçün müəyyən bazanın artıq formalaşdığını göstərir. 2020-ci ildə Azərbaycanda kəsilmiş çəkidə 115,4 min ton quş əti istehsal olunurdusa, 2025-ci ildə bu rəqəm 147 min tona çatıb. Beləliklə, beş il ərzində istehsal 27 faizdən çox artıb. Eyni dövrdə yumurta istehsalında da 22 faizdən çox yüksəliş qeydə alınıb.
Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Mürvət Həsənli hesab edir ki, istehsalın davamlı artmasında dövlət dəstəyi ilə yanaşı, ölkədə epizootik vəziyyətə nəzarət mühüm rol oynayır. Onun sözlərinə görə, Qida Təhlükəsizliyi Agentliyinin həyata keçirdiyi nəzarət tədbirləri təhlükəli quş xəstəliklərinin ölkəyə daxil olması və təsərrüfatlarda yayılması riskini azaltmağa imkan verir.
Quşçuluq sənayesinin inkişafının digər mühüm istiqaməti ixrac bazarlarının genişləndirilməsidir. 2025-ci ildə Azərbaycandan 12,6 milyondan çox damazlıq, 90,4 milyondan çox süfrə yumurtası ixrac olunub. Əvvəlki illə müqayisədə yumurta ixracının 23 faiz artdığı və ölkəyə 10,6 milyon dollar valyuta gətirdiyi bildirilir.
2026-cı ildə də ixrac davam edir. Yanvar-may aylarında təkcə Birləşmiş Ərəb Əmirliklərinə 15,8 milyondan çox süfrə yumurtası göndərilib. Azərbaycan istehsalı olan quşçuluq məhsullarının BƏƏ, Qətər, ABŞ, İraq, Almaniya və bir sıra Afrika və Asiya ölkələri daxil olmaqla 10-a yaxın dövlətin bazarına çıxdığı bildirilir.
Sahə üçün ən böyük potensial bazarlardan biri isə Çin hesab olunur. AQTA ilə Çinin Baş Gömrük Administrasiyası arasında əldə edilmiş razılaşmalar Azərbaycan istehsalı olan quş əti və digər heyvan mənşəli məhsulların bu böyük bazara çıxarılması üçün yeni imkanlar yaradır. Bu isə istehsalçıların yalnız daxili tələbatı deyil, gələcək ixrac perspektivlərini də nəzərə alaraq yeni investisiyalar yatırmasına stimul verə bilər.
Mürvət Həsənlinin sözlərinə görə, sektorda yeni investisiya layihələrinin bir hissəsinin icrasına artıq başlanılıb. Məqsəd istehsal güclərini artıraraq ilk növbədə ölkənin toyuq ətinə olan tələbatını tam ödəmək, daha sonra isə ixrac imkanlarını genişləndirməkdir.
Beləliklə, qarşıdakı illərdə Azərbaycan quşçuluğunda yeni mərhələnin başlanması gözlənilir. Dövlət proqramında nəzərdə tutulan 30 faizlik artım reallaşarsa, illik quş əti istehsalı təxminən 190 min tona yaxınlaşa bilər. Bu isə idxaldan asılılığın ciddi şəkildə azalmasına, ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə və gələcəkdə Azərbaycan toyuq ətinin xarici bazarlara daha geniş həcmdə çıxmasına imkan yarada bilər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
10-08-2026