Mobil versiya
30 gün, 30 min km, 7/24 davamlı sürüş testi - “Limitless Drive” başladı Azərbaycanda ilk!
Tarix: 10-08-2026 | Saat: 19:04
Bölmə:Ölkə | çapa göndər

30 gün, 30 min km, 7/24 davamlı sürüş testi - “Limitless Drive” başladı Azərbaycanda ilk!


Azərbaycanda avtomobil sənayesində yeni - “Limitless Drive” layihəyəsinə start verilib.

“aia.az” xəbər verir ki, “Imotors” şirkəti tərəfindən həyata keçirilən layihə çərçivəsində seçilmiş “JAECOO J8” modeli 30 gün ərzində, 7/24 rejimində, ümumilikdə 30 000 kilometr məsafə qət edərək davamlı sürüş testindən keçiriləcək.

Layihə çərçivəsində avtomobil Bakı şəhəri və Azərbaycanın müxtəlif regionlarını əhatə edən əvvəlcədən müəyyənləşdirilmiş marşrut üzrə fasiləsiz hərəkətdə olacaq. Test müddətində “JAECOO J8”in real istifadə şəraitində yanacaq sərfiyyatı, enerji sərfiyyatı, dözümlülüyü, uzunmüddətli istismara davamlılığı və digər texniki göstəriciləri ictimaiyyətə açıq şəkildə nümayiş etdiriləcək.

“Limitless Drive” layihəsinin rəsmi təqdimatı ilə bağlı keçirilən mətbuat konfransında bildirilib ki, “Limitless Drive” layihəsinin əsas məqsədi avtomobilin uzunmüddətli və fasiləsiz istismar şəraitində imkanlarını real yol şəraitində nümayiş etdirmək, eyni zamanda izləyicilərə avtomobilin performansını prosesin bütün mərhələlərində müşahidə etmək imkanı yaratmaqdır.

“Imotors” şirkətinin direktoru Əli Əhədov bildirilib ki, sözügedən layihə daha öncə keçirilən liman yarışlarından ilhamlanaraq yaradılıb:

“Liman yarışlarında avtomobil 24 saat ərzində durmadan idarə olunur. Günün müxtəlif saatlarında sürüclər dəyişdirilsə də, avtomobil dəyişmir. Nəticədə liman yarışlarının ən dözümlü avtomobili qalib olur. Biz də bundan ilhamlanıb sürət yarışı kimi yox, daha çox real şəraitdə dözümlülük testi etmək istəyirik. “Jaecoo J8” modeli durmadan idarə olunacaq. Təbii ki, vaxtı-vaxtında pit-stopda yanacaq və digər işlər görülməklə. Çünki 30 min km kifayət qədər böyük yürüş məsafəsidir”.

Şirkət rəsmisi əlavə edib ki, izləyicilər də layihənin bir hissəsi olacaq. Layihə yalnız avtomobil testindən ibarət olmayacaq. İzləyicilər layihənin gedişatını sosial media platformaları üzərindən 7/24 izləyə, avtomobilin keçdiyi marşrutu, gündəlik nəticələri və test prosesini real vaxt rejiminə yaxın şəkildə müşahidə edə biləcəklər.

Layihə rəhbəri Kənan Əli isə bildirib ki, izləyicilər “Limitless Drive” layihəsinin sosial media hesablarını aktiv şəkildə izləyə bilərlər. Layihə müddətində müxtəlif viktorinalar, interaktiv müsabiqələr və xüsusi aktivliklər təşkil olunacaq, qaliblərə isə layihənin sponsorları tərəfindən müxtəlif hədiyyələr təqdim ediləcək: “Layihə bu gün saat 15:00-dan etibarən avtomobil metronun “Ulduz” stansiyasının yasxınlığında yerləşən “Club Servis”dən hərəkətə başlayıb və sentyabr ayının 10-dək davamlı hərəkətdə olacaq. Avtomobilin sonuncu pit-stop nöqtəsi Ağ Şəhər dairəsi olacaq. Biz önümüzdəki günlərdə artıq bunu sosial media hesablarında aktual olaraq paylaşacağıq”.

Layihənin aparıcısı Elgün Xıdırov isə əlavə edib ki, bu, Azərbaycanı səyahət edən bir layihədir:

“Burada fərqli yol şəraitləri, fərqli iqlim, temperatur olacaq. Dünyada belə layihələrin analoqu çox azdır. Bu bir avtomobilin nə qədər dözümlü olduğunu sınaqdan keçirmək üçün çox real bir testdir. Biz biliriki ki, avtomobil istehsalçılarının reqlamentinə görə bir avtomobilin ortalama illik yürüş məsafəsi 20 min kilometr hesablanır. 30 gün ərzində 30 min kilometr qət edən bir avtomobil illik normanı 10 min kilometr daha çox aşır. Bu real test Azərbaycanda ilk dəfə keçirilsə də, mən ümid edirəm ki, "Limitless Drive" layihəsinə daha sonra özünə güvənən başqa markalar, modellər də qoşula bilər”.

Tədbir zamanı layihənin texniki və təşkilati detalları ilə bağlı məlumat verilib, həmçinin “Limitless Drive” çərçivəsində həyata keçiriləcək 30 günlük, 30 000 kilometrlik 7/24 sürüş testinin gedişatı barədə media nümayəndələri məlumatlandırılıb.

Layihənin bütün gedişatını sosial media hesablarından izləmək və bu unikal avtomobil sınağının bir hissəsinə çevrilmək mümkündür.

Layihənin rəsmi vep saytı https://test.limitlessdrive.az/ üzərindən izləyə bilərsiniz.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-08-2026