Mobil versiya
İrəvanda Zəngəzur kabusu – Bakı Naxçıvana birbaşa bağlanacaq
Tarix: 11-08-2026 | Saat: 09:00
Bölmə:Karusel / Siyasət | çapa göndər

İrəvanda Zəngəzur kabusu – Bakı Naxçıvana birbaşa bağlanacaq


Ermənistanda Zəngəzur dəhlizinin həyata keçirilməsi ilə bağlı yenidən narahatlıq ifadə olunur.

aia.az xəbər verir ki, APRI Armenia mərkəzinin eksperti, politoloq Beniamin Poqosyan Azərbaycanın Ermənistanla sülh müqaviləsi imzalanmadan Zəngəzur dəhlizinin reallaşdırılmasını maksimum hədəf hesab etdiyini bildirib.

Poqosyan Nikol Paşinyanın Vaşinqton sammitinin ildönümü ilə bağlı sosial şəbəkədə yazdığı və İrəvanla Bakı arasında sülhün bərqərar olduğunu bildirdiyi fikirlə razılaşmayıb.

Politoloqun sözlərinə görə, Azərbaycan sülh müqaviləsinin imzalanmaması üçün daim bəhanə axtarır.

Poqosyan hesab edir ki, Azərbaycan üçün ideal ssenari sülh müqaviləsinin imzalanmaması, Ermənistan-Türkiyə münasibətlərinin normallaşmaması, Ermənistanla Naxçıvan arasında sərhədin açılmaması və nəticədə Ermənistanın Naxçıvan üzərindən İrana yol əldə etməməsidir.

Onun fikrincə, eyni zamanda Zəngəzur dəhlizi fəaliyyət göstərir və Azərbaycan bu marşrut vasitəsilə Naxçıvanla birbaşa nəqliyyat əlaqəsi əldə edir.

Erməni politoloq məhz bu ssenarini Azərbaycanın regionla bağlı maksimum planı kimi qiymətləndirib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
11-08-2026