Lənkəranda biabırçı mənzərə - Video-Yenilənib
Tarix: 11-08-2026 | Saat: 13:26
Bölmə:Aia TV / Ölkə | çapa göndər

Lənkəran rayonunda məişət tullantılarının atıldığı zibil poliqonundakı antisanitar vəziyyət ətrafdakı insanlarla yanaşı, şəhərə gələn qonaqları da narahat edir.
“Qafqazinfo” xəbər verir ki, bloqer Kamran Razmovar video paylaşaraq Lənkərandakı acınacaqlı vəziyyəti nümayiş etdirib.
O bildirib ki, hər gün yandırılan poliqondan qalxan tüstü və üfunət qoxusu ətraf mühitə zərər vurmaqla yanaşı, insanların rahatlığını pozur.
Qeyd edək ki, bu zibil poliqonu 1980-ci ildə yaradılıb. Lənkəran Şəhər İcra Hakimiyyəti 2020-ci ildə məlumat yayaraq 2020-2023-cü illərin Dövlət İnvestisiya Proqramında Lənkəran rayonunda məişət tullantılarının utilizasiyası üçün zavodun tikintisinin nəzərdə tutulduğunu bildirib. Həmin vaxt qeyd edilib ki, zavod fəaliyyətə başladıqdan sonra orada istehsal gücü 10 min m³ olan məişət və qeyri-məişət tullantılarının utilizasiyası mümkün olacaq. Lakin geridə qalan müddətdə bu istiqamətdə hər hansı addım atılmayıb.
***
Şəlnkəran Şəhər İcra Hakimiyyətindən sorğumuza cavab olaraq bildirilib ki, Nazirlər Kabinetinin 11 iyul 2025-ci il tarixli, 420s nömrəli Sərəncamı ilə dövlət-özəl tərəfdaşlığı (DÖT) layihəsi çərçivəsində Lənkəran rayonunda regional bərk məişət tullantılarının emalı müəssisəsinin tikintisi nəzərdə tutulub:
"Layihə çərçivəsində ixtisaslaşmış şirkətlər tərəfindən aidiyyəti dövlət qurumlarına və Lənkəran Şəhər İcra Hakimiyyətinə rəsmi müraciətlər edilib, həmin şirkətlərin nümaydələri ilə müvafiq görüşlər keçirilib. Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən sözügedən müəssisənin inşası üçün nəzərdə tutulan torpaq sahələrinin koordinatları Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilib. 11 avqust 2026-cı il tarixində qeyd olunan nazirliyin nümayəndələri Lənkəran rayonunda olub, məişət tullantılarının daşındığı əraziyə və müəssisənin inşası üçün ayrılması nəzərdə tutulan torpaq sahələrinə birgə baxış keçirilib. Hazırda Şəhər İcra Hakimiyyəti tərəfindən yeni müəssisənin yaradılması ilə bağlı İqtisadiyyat Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyilə qarşılıqlı əməkdaşlığı davam ertdirilir".
Sözügedən görüntüləri təqdim edirik:
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-08-2026