Onlayn alış-veriş edənlər DİQQƏT: DİN-dən kart məlumatları ilə bağlı XƏBƏRDARLIQ
Tarix: 11-08-2026 | Saat: 13:13
Bölmə:Özəl | çapa göndər

Mütəmadi aparılan maarifləndirmə tədbirlərinə və çoxsaylı xəbərdarlıqlara baxmayaraq, onlayn alış-veriş zamanı vətəndaşların kiberdələduzluqla üzləşməsi halları hələ də müşahidə olunur. Araşdırmalar və daxil olan müraciətlər göstərir ki, kiberdələduzlar saxta satış səhifələri yaradaraq müxtəlif məhsulları cəlbedici qiymətlərlə təklif edir, ödəniş aldıqdan sonra isə vətəndaşla əlaqəni kəsərək telefon nömrələrini və sosial şəbəkə hesablarını bloklayırlar.
Musavat.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) vətəndaşlara onlayn alış-verişlə bağlı xəbərdarlığında bildirilib.
Qeyd olunub ki, belə hallardan qorunmaq üçün internetdə və sosial şəbəkələrdə rast gəlinən satış səhifələrinin etibarlılığı əvvəlcədən yoxlanılmalıdır. Vətəndaşlara tanımadıqları və etibar etmədikləri şəxslərdən məhsul sifariş etməmək, xüsusilə əvvəlcədən ödəniş tələb olunan təkliflərə qarşı diqqətli olmaq tövsiyə edilir.
DİN bildirir ki, məhsul sifariş etməzdən və ödəniş həyata keçirməzdən əvvəl satıcı barədə məlumatların, əlaqə vasitələrinin və satış səhifəsinin həqiqiliyinin yoxlanılması vacibdir.
“Etibar etmədiyiniz və ya həqiqiliyinə əmin olmadığınız səhifə və saytlara ödəniş etməyin, bank kartı məlumatlarınızı, CVV/CVC kodunu, SMS vasitəsilə göndərilən təsdiq kodlarını və digər məxfi məlumatları üçüncü şəxslərlə paylaşmayın”, – məlumatda vurğulanıb.
Nazirlik vətəndaşları şübhəli dərəcədə ucuz məhsullar, təcili ödəniş tələbləri və naməlum şəxslərin göndərdiyi ödəniş keçidləri ilə bağlı da maksimum ehtiyatlı davranmağa çağırır.
Kiberdələduzluq faktı ilə qarşılaşan vətəndaşlara dərhal DİN-in “102” xidməti-zəng mərkəzinə və ya nazirliyin rəsmi sosial şəbəkə hesablarına müraciət etmək tövsiyə olunur.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-08-2026