Milli Məclisin deputatı Asif Əsgərov növbəti vətəndaş qəbulu keçirib -Fotolar
Tarix: 11-08-2026 | Saat: 12:53
Bölmə:Gündəm | çapa göndər

Milli Məclisin deputatı Asif Əsgərov növbəti vətəndaş qəbulunu Zaqatala rayonunun Lahıc kəndində keçirilib. Qəbulda YAP Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov və kənd icra nümayəndəsi iştirak ediblər.
aia.az xəbər verir ki, görüş zamanı kənd sakinlərinin müraciətləri dinlənilib, onları narahat edən problemlər və sosial məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb. Vətəndaşların əsas müraciətləri elektrik enerjisi təminatı, yol infrastrukturu, son günlər yağan intensiv yağışlar nəticəsində yaranan sel sularının fəsadlarının aradan qaldırılması, eləcə də müxtəlif sosial məsələlərlə bağlı olub.
Deputat Asif Əsgərov tərəfindən səsləndirilən müraciətlər diqqətlə nəzərdən keçirilib. Qəbul zamanı bir sıra məsələlərin həlli ilə bağlı müvafiq addımlar atılıb, deputatın səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti dövlət qurumlarına yönləndirilib və icrası nəzarətə götürülüb.Qəbul zamanı olunmuş müraciətlərə əsasən aztəminatlı ailələrə maddi yardım göstərilib.
Vətəndaş qəbulu ilə yanaşı, deputat Asif Əsgərov Bəhmətli kəndində Vətən müharibəsi şəhidi Məmmədov Ümidin ailəsini də ziyarət edib.
Şəhidin ailə üzvləri ilə görüş zamanı Ümid Məmmədovun Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqdan və keçdiyi döyüş yolundan söz açılıb.Həmçinin ailə üzvlərinin müraciətləri də dinlənilib, qaldırılan məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Ailə tərəfindən səsləndirilən məsələlərin həlli deputatın səlahiyyətləri çərçivəsində nəzarətə götürülüb.
Qəbul zamanı və görüşlər çərçivəsində göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya vətəndaşların, xüsusilə şəhid ailələrinin və müharibə iştirakçılarının daim diqqət və qayğı ilə əhatə olunmasına, onların müraciətlərinə həssas münasibət göstərilməsinə görə minnətdarlıqlarını ifadə ediblər.
Vətəndaşlar ölkə rəhbərliyinin həyata keçirdiyi məqsədyönlü siyasətin mərkəzində insan amilinin, vətəndaş məmnunluğunun və əhalinin sosial rifahının dayandığını vurğulayıblar.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-08-2026