Mobil versiya
Bakının mərkəzində obyekt və mənzillər yanıb
Tarix: 13-08-2026 | Saat: 09:39
Bölmə:Ölkə | çapa göndər

Bakının mərkəzində obyekt və mənzillər yanıb


Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində obyektdə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən aia.az-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ikimərtəbəli kommunal tipli yaşayış binasının 1-ci mərtəbəsində fəaliyyət göstərən ümumi sahəsi 360kv.m. olan obyektdə baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində obyektin tavanı, içərisində sarj avadanlıqları, 4 ədəd velosiped, binanın 2-ci mərtəbəsində ümumi sahəsi 38kv.m. olan ikiotaqlı mənzilin döşəməsi 12kv.m sahədə və ümumi sahəsi 75kv.m. olan digər ikiotaqlı mənzilin döşəməsi 9kv.m. sahədə yanıb.

Obyektin və və mənzillərin qalan hissəsi yanğından mühafizə olunub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-08-2026