Mobil versiya
Qarabağ” “Dinamo”ya qarşı
Tarix: 13-08-2026 | Saat: 08:44
Bölmə:İdman | çapa göndər

Qarabağ” “Dinamo”ya qarşı


Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinə yüksələn bütün komandalar bəlli olacaq.

“aia.az” xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən “Qarabağ” da 3-cü mərhələnin cavab matçına çıxacaq.

Qurban Qurbanovun komandası Bakıda Kiyev “Dinamo”sunu qəbul edəcək. “Qarabağ” səfərdə keçirilən ilk görüşdə rəqibinə 0:1 hesabı ilə uduzub.

Cütün qalibi pley-offda “Tvente” (Niderland) - DAC 1904 (Slovakiya) cütünün üstün tərəfi ilə qarşılaşacaq. Bu komandaların ilk oyununda isə "Tvente" rəqibini darmadağın edib - 6:0.

13 avqust

UEFA Konfrans Liqası

3-cü təsnifat mərhələsinin cavab oyunu

20:00. “Qarabağ” (Azərbaycan) – “Dinamo” (Kiyev, Ukrayna)

Hakimlər: Stüart Attvell, Yan Hussin, Nik Qrinhalq (İngiltərə)

İlk oyun - 0:1

Bakı.Tofiq Bəhramov adına Respublika stadionu.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-08-2026