Naxçıvanın inkişaf salnaməsində yeni səhifə
Tarix: 14-08-2026 | Saat: 17:38
Bölmə:Siyasət | çapa göndər

Dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Naxçıvan Muxtar Respublikasına səfəri muxtar respublikanın gələcək inkişaf perspektivləri baxımından mühüm çağırışlarla yadda qaldı. Hər bir səfər yeni mərhələnin başlanğıcı, görülən işlərin davamı olaraq yeni dövrdə atılacaq addımların təqdimatıdır.
Prezident İlham Əliyev səfər zamanı Azərbaycan Televiziyasına müsahibəsində bildirdi ki, əslində, səfərim və səfər zamanı iştirak etdiyim tədbirlər özlüyündə bir göstəricidir. Bir daha göstərir ki, Naxçıvan Muxtar Respublikası hərtərəfli inkişaf edir. Prezident kimi 17-ci dəfədir ki, Naxçıvana səfər edirəm və hər səfərimin də böyük mənası və gözəl nəticələri vardır. Bu illər ərzində bir çox önəmli layihələr icra olundu, Naxçıvanın ümumi inkişafı təmin edildi. Bugünkü tədbirlər də bir növ görülən işlərin davamıdır və təbii ki, bundan sonra da lazımi qərarlar veriləcək və Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı təmin ediləcək.
Naxçıvanda həyata keçirilən genişmiqyaslı yenilənmə yalnız iqtisadiyyat, sosial həyat və infrastrukturla məhdudlaşmır. Dövlət idarəetməsinin müasir tələblər əsasında təkmilləşdirilməsi də yeni inkişaf modelinin mühüm istiqamətlərindən birini təşkil edir. Prezident İlham Əliyev tərəfindən 2026-cı il 10 mart tarixində Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında Konstitusiya Qanunu təsdiqlənib və həmin Qanunun tətbiqi ilə bağlı Sərəncam imzalanıb. Konstitusion islahatlar yeni idarəetmə modelinin hüquqi əsaslarını formalaşdırıb. Qəbul edilmiş dəyişikliklər Naxçıvan Muxtar Respublikasında idarəetmə strukturunun yenilənməsi və səlahiyyət bölgüsünün dəqiqləşdirilməsi baxımından mühüm müddəaları ehtiva edir. Cənab İlham Əliyev muxtar respublikaya səfəri zamanı Azərbaycan Televiziyasına müsahibəsində bu reallıqlara da diqqətini yönəltdi. “Naxçıvanda Qarabağ və Şərqi Zəngəzurdakı kimi idarəetmə üsuli-idarəsini yaratmaqla faktiki olaraq biz bu üç bölgəni inzibati nöqteyi-nəzərindən də birləşdiririk. Təbii ki, Naxçıvan Muxtar Respublikasının muxtar respublika statusu qalmaq şərti ilə, ancaq idarəetmə qaydaları təkmilləşməlidir2 söyləyən Prezident İlham Əliyev bildirdi ki, biz Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük. Əminəm ki, artıq orada yaşayan 90 mindən çox insan da bunu görür. Eyni idarəetmə - Prezidentin xüsusi nümayəndəliyi Naxçıvanda da tətbiq olundu. Beləliklə, kadr islahatları ilə paralel olaraq, bu struktur islahatları da, əlbəttə, əsas hədəfə istiqamətlənmiş bir yanaşmadır ki, bu bölgə, bu qədim diyar daim inkişaf etsin, insanlar burada rahat, təhlükəsizlik şəraitində yaşasınlar, firavan yaşasınlar.
Son illərdə muxtar respublikasının davamlı sosial-iqtisadi inkişafının təmin edilməsi, infrastruktur təminatının və sosial xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, habelə əhalinin məşğulluğunun və rifah halının yaxşılaşdırılması məqsədilə bir sıra mühüm dövlət proqramları və tədbirlər planları təsdiq olunmuş, o cümlədən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasında yeni istilik elektrik stansiyasının tikintisi ilə bağlı tədbirlər haqqında”, “Naxçıvan Sənaye Parkının yaradılması haqqında”, “Naxçıvan şəhərində ictimai nəqliyyatın tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında”, “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasında əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında”, “Naxçıvan Muxtar Respublikasının paylayıcı elektrik şəbəkəsinin yenidən qurulması və bərpası ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı və sərəncamları qəbul edilmişdir.
Dövlət Proqramlarının və infrastruktur layihələrinin uğurlu icrası nəticəsində Naxçıvan Muxtar Respublikası dinamik inkişafını davam etdirir. 2023-2026-cı illərdə həyata keçirilən genişmiqyaslı tədbirlər göstərir ki, Naxçıvan Muxtar Respublikası sosial-iqtisadi inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub. Statistik rəqəmlərə diqqət yetirsək görərik ki, 359 istehsal və xidmət sahəsinin yaradılması, ÜDM-in real ifadədə 7,6 faiz artması, əsas kapitala investisiyaların 2,5 dəfə genişlənməsi, büdcənin öz gəlirlərinin artması, enerji və su təhlükəsizliyinin gücləndirilməsi, 183,6 kilometr avtomobil yolunun əsaslı təmiri, müasir sosial və təhsil infrastrukturunun yaradılması, tarixi-mədəni irsin qorunması və yeni idarəetmə modelinin formalaşdırılması Naxçıvanda həyata keçirilən ardıcıl dövlət siyasətinin konkret nəticələridir. Cənab İlham Əliyevin 12 avqust 2026-cı il tarixli “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamı da muxtar respublikanın gələcək inkişafının aydın mənzərəsini yaradır. Sənəddə Naxçıvan Muxtar Respublikasında 2026–2027-ci illərdə alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsini, yol, nəqliyyat və təhsil infrastrukturunun yenilənməsini, habelə abadlıq-quruculuq işlərinin davam etdirilməsini təmin etmək məqsədilə həyata keçiriləcək tədbirlər, ayrılan vəsait öz əksini tapıb. Belə ki, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə həyata keçiriləcək tədbirlər üçün Azərbaycan Respublikasının dövlət büdcəsindən və Naxçıvan Muxtar Respublikasının büdcəsindən ümumilikdə 258 milyon manat ayrılması nəzərdə tutulub.
Səfər çərçivəsində bir sıra yeni layihələrin təməli qoyuldu, mühüm infrastruktur obyektləri təqdim edildi. Yeni mərhələnin əsas hədəfi yalnız mövcud sosial-iqtisadi inkişafın davam etdirilməsi deyil, muxtar respublikanın sənaye, enerji, nəqliyyat və logistika imkanlarının daha da genişləndirilməsidir.
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər