Mobil versiya
"Qarabağ"dan getdi - Hava limanında görüntülənib
Tarix: 15-08-2026 | Saat: 11:12
Bölmə:İdman | çapa göndər

"Qarabağ"dan getdi - Hava limanında görüntülənib


"Qarabağ"ın futbolçusu Abdullah Zubir uzun illərdən sonra Ağdam klubundan ayrılıb. Fransalı yarımmüdafiəçi bu gün Azərbaycanı tərk edib. Zubir karyerasını Qətərdə davam etdirəcək.

aia.az sportal.az-a istinadla bildirir ki, 34 yaşlı futbolçu 2018-ci ildə Fransanın "Lans" klubundan "Qarabağ"a transfer olunmuşdu. O, ötən illər ərzində Ağdam təmsilçisinin əsas aparıcı futbolçularından birinə çevrilib və komandanın kapitanı idi.

Əldə etdiyimiz məlumata görə, fransalı futbolçu bir neçə dəqiqə əvvəl Heydər Əliyev adına beynəlxalq hava limanından paytaxtı tərk edərək, Qətərə uçub. Təcrübəli futbolçu bundan sonra Qətərin "Əl-Şahaniya" klubunda çıxış edəcəyi gözlənilir. Tərəflər arasında müqavilə ilə bağlı razılığın əldə olunduğu daha əvvəl də bildirilmişdi. Beləliklə, Abdullah Zubirin "Qarabağ"dakı uzunmüddətli macərası başa çatıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-08-2026