Ağcabədidə qalmaqal - İcra başçısı ilə idarə rəisi dalaşdı
Tarix: 15-08-2026 | Saat: 16:38
Bölmə:Ölkə | çapa göndər

İcra başçısı Rafil Hüseynovla Suvarma Sistemləri İdarəsi rəisi Asəf Quliyev arasında mübahisə davaya çevrilib Ağcabədidən FİM.AZ-a daxil olan məlumata görə icra başçısı Rafil Hüseynovun vətəndaşlarla görüşü zamanı Suvarma Sistemləri İdarəsinin rəisi Asəf Quliyevlə mübahisə etməsi daha sonra davaya çevrilib. Baş vermiş mübahisə və davanın səbəbi vətəndaşların Suvarma Sistemləri İdarəsinin rəisi ilə bağlı icra başçısına şikayət etmələri olub. Məlumata görə vətəndaşları dinləyən Rafil Hüseynov idarə rəisini ayağa qaldıraraq şikayətlərinə cavab verməyi tələb edib.Ancaq idarə rəisi Asəf Quliyev şikayətlərin əsassız olduğunu bildirərək vətəndaşlara etiraz edib. Məsələyə icra başçısı Rafil Hüseynov müdaxilə etdikdə isə Asəf Quliyev başçı ilə də mübahisəyə girişib. Şahidlər iddia edir ki, idarə rəsinin başçı ilə mübahisəyə girməsi Rafil Hüseynovu hövsələdən çıxardıb və Asəf Quliyevin üzərinə yeriyib. Bu zaman isə idarə rəisidə başçının üzərinə yeriyərək onunla əlbəyaxa davaya çıxıb. Araya girən digər şəxslər idarə rəisini iclasdan çıxardıblar. Məsələnin digər maraqlı tərəfi isə hadisədən bir neçə saat sonra Asəf Quliyevlə bağlı yüksək çinli məmurların Rafil Hüseynova xahişə çıxmasıdır. İcra başçısının onunla davaya çıxan idarə rəisi Asəf Quliyevi bağışlayıb bağışlamaması isə bilnmir…
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
15-08-2026