Mobil versiya
Ukraynadan güc nümayişi: 3000 kilometr mənzilli raketin kadrları yayıldı
Tarix: 16-08-2026 | Saat: 13:35
Bölmə:Dünya | çapa göndər

Ukraynadan güc nümayişi: 3000 kilometr mənzilli raketin kadrları yayıldı


Ukraynanın hərbi sənaye müəssisəsi olan "Fire Point" şirkəti öz istehsalı olan "Flaminqo" qanadlı raketlərinin buraxılış anını eksklüziv kadrlarla nümayiş etdirib.

aia.az xəbər verir ki, istehsalçı şirkətin yaydığı rəsmi açıqlamada bu raketlərin təkrar istifadə üçün nəzərdə tutulmuş qurğulardan atıldığı və bunun da tətbiq xərclərini əhəmiyyətli dərəcədə azaltdığı vurğulanıb.

Qeyd olunur ki, texniki göstəricilərinə görə "Flaminqo" raketləri 3000 kilometrə qədər məsafədə yerləşən hədəfləri vurmaq qabiliyyətinə malikdir və 1150 kiloqramadək döyüş başlığı daşıya bilir.

Bu cür yüksək göstəricilər Ukrayna ordusuna düşmənin dərin arxa cəbhəsində yerləşən strateji hərbi obyektlərinə qarşı effektiv zərbələr endirmək imkanı yaradır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə