Mobil versiya
Sərhəd Qoşunlarının keçmiş komandanı Abbasəli Novruzov vəfat edib
Tarix: 16-08-2026 | Saat: 12:57
Bölmə:Ölkə | çapa göndər

Sərhəd Qoşunlarının keçmiş komandanı Abbasəli Novruzov vəfat edib


Sərhəd Qoşunlarının keçmiş komandanı general-mayor Abbasəli Novruzov vəfat edib.

"Report"un əldə etdiyi məlumata görə, Abbasəli Novruzov bu gün 89 yaşında dünyasını dəyişib.

O, sabah dəfn ediləcək.

Qeyd edək ki, general-mayor Abbasəli Novruzov 1937-ci ildə doğulub. O, ömrünün 57 ilini sərhədlərin mühafizəsi işinə həsr edib. 1979-cu ildə o vaxt Mərkəzi Komitənin 1-ci katibi olan Heydər Əliyevin təşəbbüsü ilə Əməkdar hüquqşünas fəxri adına layiq görülüb. 1994–2001-ci illərdə Sərhəd Qoşunlarına komandanlıq edib. O, Azərbaycan Prezidenti İlham Əliyevin 25 may 2017-ci il tarixli sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif olunub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə