Mobil versiya
Azercell-də 1 saniyəlik zəng niyə 19 qəpik oldu? - Şirkətdən AÇIQLAMA
Tarix: 31-08-2026 | Saat: 18:23
Bölmə:Manşet / Özəl | çapa göndər

Azercell-də 1 saniyəlik zəng niyə 19 qəpik oldu?

Saytımıza müraciət edən abonent Azercell-də 1 saniyəlik zəngə görə balansından 19 qəpik tutulduğunu iddia edir. O, şirkətin rəsmi tariflərində göstərilən qiymətlə faktiki hesablaşma arasında fərq olduğunu bildirərək məsələ ilə bağlı açıqlama tələb edir. 29 avqust saat 19:46-da 050 669 20 51 nömrəsindən 055 867 25 34 nömrəsinə edilən və təxminən 1 saniyə davam edən zəngə görə niyə 19 qəpik tutulub? Həmin vaxt abonentin hansı tarifdə olduğu və bu məbləğin hansı hesablaşma qaydasına əsasən müəyyən edildiyi açıqlana bilərmi? “Sadə” tarifində şəbəkəxarici zənglərin 6 qəpik/dəqiqə göstərilməsinə baxmayaraq, növbəti zəngin niyə 19 qəpik/dəqiqə hesablandığına aydınlıq gətirməyinizi xahiş edirik.

Bununla bağlı aia.az Azercell-ə sorğu ünvanlayıb.

Şirkətdən sorğumuza cavab olaraq bildirilib ki, 25.08.2026-cı il tarixindən etibarən Azercell-in bəzi tarif paketlərinin istifadə şərtlərində dəyişikliklər tətbiq edilib. Bu dəyişikliklər çərçivəsində müvafiq tarif paketlərinin aylıq abunə haqqı, eləcə də həmin paketlər daxilində təqdim olunan danışıq dəqiqələri, internet həcmi və digər üstünlüklər əvvəlki qaydada saxlanılır. Sözügedən dəyişikliklər yalnız abunəçinin əsas paketi çərçivəsində təqdim edilən danışıq dəqiqələri bitdikdən sonra və ya tarif paketi vaxtında yenilənmədiyi halda istifadə edilən hər əlavə dəqiqəyə şamil edilir.

Abunəçilər öz istifadə vərdişlərinə uyğun tarif paketi seçərək telekommunikasiya xidmətlərindən əlverişli şərtlərlə istifadə etməyə davam edə bilərlər. Onu da qeyd edək ki, Fakturasız (SimSim) xətt sisteminə aid abunəçilər əsas tarif paketi çərçivəsində təqdim edilən dəqiqələr bitdikdən sonra istənilən zaman (avtomatik yenilənmə müddətini gözləmədən) paketi yeniləmək imkanına da malik olacaqlar. Abunəçilər paketlərini yeniləməklə həm nömrənin xəttini iki tərəfli açıq saxlayacaqlar, həm də daha əlverişli şərtlər ilə xidmətlərdən istifadə imkanı əldə edəcəklər.
Qeyd edilib ki, müvafiq dəyişikliklər “Azercell Telekom” MMC-nin xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və optimallaşdırılması məqsədilə həyata keçirilir. Eyni zamanda, nəzərə alınmalıdır ki, yüksək sürətli və dayanıqlı şəbəkənin təmin edilməsi davamlı investisiya və texnoloji yenilənmələr tələb edir. Bu dəyişikliklər gələcəkdə də abunəçilərə yüksək keyfiyyətli və dayanıqlı xidmətlərin göstərilməsini təmin etməklə yanaşı, texniki göstəricilərin də davamlı şəkildə təkmilləşdirilməsinə imkan yaradacaq. “Azercell Telekom” MMC-nin tarif siyasəti xidmət keyfiyyəti, davamlılıq və istifadəçi dəyəri arasında balans əsasında formalaşdırılır.

Yeni şərtlərə əsasən Fakturasız (SimSim) xətt sistemində mövcud tarif paketləri (“Veteran” və “Bölgə” tarif paketi istisna olmaqla) çərçivəsində təqdim olunan danışıq dəqiqələri bitdikdən sonra hər əlavə ölkədaxili danışıq dəqiqəsi üçün 0,19 AZN (ƏDV daxil), “Bölgə” tarif paketi çərçivəsində isə istifadə həcmi bitdikdən sonra hər əlavə ölkədaxili danışıq dəqiqəsi üçün 0,12 AZN (ƏDV daxil) xidmət haqqı tətbiq ediləcək. “Veteran” tarif paketində hər hansı dəyişiklik nəzərdə tutulmur.

Fakturalı xətt sistemində mövcud tarif paketləri çərçivəsində təqdim edilən danışıq dəqiqələri bitdikdən sonra hər əlavə ölkədaxili danışıq dəqiqəsi üçün 0,10 AZN (ƏDV daxil) xidmət haqqı tətbiq ediləcək.

Qeyd edək ki, müvafiq dəyişiklik Abunə Müqaviləsinin şərtlərinə və həmçinin Azərbaycan Respublikası qanunvericiliyinə uyğundur. Abunə Müqaviləsinin 2.7-ci maddəsinə əsasən, Tariflər Azercell tərəfindən birtərəfli qaydada, Abunəçini ən azı 30 (otuz) təqvim günü əvvəl, müvafiq hallarda xidmətlərin xüsusiyyətləri, müəyyən müddətləri, bayram və əhəmiyyətli tarixləri, o cümlədən, müəyyən qrup və ya müxtəlif kateqoriya abunəçiləri əhatə edən kampaniya, aksiya və sair tədbirlər ilə əlaqədar isə ən azı 10 (on) təqvim günü əvvəl, abunəçilər üçün daha əlverişli, güzəştli və sərfəli vəziyyət yaradılan zaman isə öz mülahizəsinə əsasən dərhal və ya istənilən an kütləvi informasiya vasitələri ilə bu Müqavilədə müəyyən edilmiş qaydada, xəbərdar etməklə mövcud qanunvericiliyə uyğun olaraq, sərbəst şəkildə dəyişdirilə bilər.

Aysel Muxtar
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
31-08-2026