Mobil versiya
Çinlə rəqabətdə yeni həmlə: Hindistan Mərkəzi Asiyada Özbəkistana söykənir
Tarix: 31-08-2026 | Saat: 20:44
Bölmə:Özəl | çapa göndər

Çinlə rəqabətdə yeni həmlə: Hindistan Mərkəzi Asiyada Özbəkistana söykənir



Mərkəzi Asiyada böyük dövlətlərin iqtisadi və siyasi rəqabəti yeni mərhələyə keçir. Çin regiondakı mövqelərini genişləndirdiyi bir vaxtda Hindistan da təsir imkanlarını artırmağa çalışır. Yeni Dehlinin bu strategiyasında Özbəkistan əsas tərəfdaşlardan biri kimi ön plana çıxır.
Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Hindistanın Baş naziri Narendra Modinin Daşkənd səfəri iki ölkə münasibətlərində yeni hədəfləri ortaya qoyub. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Hindistanı mühüm və perspektivli strateji tərəfdaş adlandırıb, tərəflər əməkdaşlığın daha yüksək səviyyəyə çatdırılması barədə razılığa gəliblər.
Əsas hədəflərdən biri qarşılıqlı ticarətin həcmini 2030-cu ilə qədər 5 milyard dollara çatdırmaqdır. Hazırda bu göstəricinin təxminən 1 milyard dollar olduğu bildirilir. Son illərdə birgə müəssisələrin sayının yeddi dəfə artması da iqtisadi əlaqələrin sürətlə genişləndiyini göstərir.
Yeni əməkdaşlıq planlarında enerji, metallurgiya, kritik minerallar, elektrotexnika, səhiyyə, əczaçılıq, kənd təsərrüfatı və zərgərlik sənayesi xüsusi yer tutur. Prioritet istiqamətlər üzrə konkret icra mexanizmləri və müddətləri müəyyənləşdirən ayrıca “yol xəritələri”nin hazırlanması nəzərdə tutulur.
Tərəflər BMT, Şanxay Əməkdaşlıq Təşkilatı və BRICS kimi beynəlxalq platformalarda koordinasiyanın gücləndirilməsini də vacib sayırlar. Hindistanın məqsədi yalnız Özbəkistanla ticarəti artırmaq deyil, eyni zamanda Mərkəzi Asiyada uzunmüddətli siyasi və iqtisadi mövcudluğunu möhkəmləndirməkdir.
Şahinoğlunun fikrincə, Özbəkistan Hindistanın Mərkəzi Asiyaya açılmasında “lokomotiv” rolunu oynaya bilər. Yeni Dehlinin regionda fəallaşması isə Çinlə iqtisadi rəqabətin gələcəkdə daha da güclənəcəyini göstərir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
31-08-2026