Mobil versiya
İran Bakıda işləmiş diplomatını Qafana göndərdi
Tarix: 10-09-2026 | Saat: 13:42
Bölmə:Dünya | çapa göndər

İran Bakıda işləmiş diplomatını Qafana göndərdi

İran Xarici İşlər Nazirliyinin əməkdaşı Davud Yaycı Qafana yeni konsul təyin edilib.

aia.az xəbər verir ki,bu barədə İran mediası məlumat verib.

İranın Qafandakı ilk baş konsulu Mürtəza Abidin Vərami isə geri çağırılıb.

Qeyd edək ki, Yaycı bir müddət İranın Bakıdakı səfirliyində çalışıb. Diplomatın elmi araşdırmasının mövzusu isə “Zəngəzur keçidinin sərhəd terminalı və sərhəd bazarı” olub. Bu baxımdan, İranın Qafana Zəngəzur istiqamətini elmi müstəvidə də araşdırmış bir diplomat göndərməsi diqqət çəkir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-09-2026