Mobil versiya
Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar
Tarix: 10-09-2026 | Saat: 12:00
Bölmə:Manşet / Özəl | çapa göndər

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib

Milli Məclisin deputatı Novruzəli Aslanov 10 sentyabr 2026-cı il tarixində İsmayıllı rayonunda növbəti dəfə seçicilərlə görüşüb.

aia.az xəbər verir ki, millət vəkili bu dəfə vətəndaşları rayonun Diyallı kəndində qəbul edib. Görüşdə yaxınlıqda yerləşən Sədiyan kəndinin sakinləri də iştirak ediblər. Qəbulun gedişində vətəndaşları narahat edən sosial yönümlü məsələlər və şəxsi müraciətlər müzakirə edilib. Sədiyan kənd sakinlərini daha çox narahat edən məsələ qaz təchizatının təmin olunmaması ilə bağlı olub.

Novruzəli Aslanov qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətləri qeydə alıb, onların həlli məqsədilə müvafiq qurumlar qarşısında məsələ qaldırılacağını bildirib.

Deputat Novruzəli Aslanovun keçirdiyi qəbulda iştirak edən Diyallı və Sədiyan kənd sakinləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya İsmayıllı rayonuna göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-09-2026