Azər Kərimli: “Xocalıda həyata keçirilən hər bir layihə Böyük Qayıdış proqramının mühüm hissəsidir”
Tarix: 10-09-2026 | Saat: 11:03
Bölmə:Manşet / Siyasət | çapa göndər

“Azərbaycan xalqının milli yaddaşında Xocalı adı uzun illər təkcə bir şəhərin deyil, böyük bir faciənin, ağrının və ədalət uğrunda mübarizənin simvolu kimi yaşayıb. Lakin tarix dəyişdi. Azərbaycan dövlətinin gücü, xalqın iradəsi və Silahlı Qüvvələrimizin qəhrəmanlığı nəticəsində Xocalı bu gün artıq yalnız faciə ilə xatırlanan şəhər deyil. O, həm də dirçəlişin, qayıdışın və yeni həyatın ünvanına çevrilir. 20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü bu baxımdan Xocalının tarixində açılan yeni səhifənin də mühüm rəmzidir. 2023-cü il oktyabrın 15-də Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltması tarixi hadisə idi. Bu, illər boyu gözlənilən ədalətin bərpasının, Azərbaycanın öz doğma torpaqları üzərində tam hakimiyyətinin və xalqımızın milli iradəsinin təntənəsi oldu. Üçrəngli bayrağımızın Xocalıda dalğalanması həm də bu şəhərin gələcəyinin artıq Azərbaycanın ümumi inkişaf strategiyası ilə müəyyənləşdiyini nümayiş etdirdi. Xocalının yeni həyatı dövlət siyasətinin konkret layihələrində aydın görünür. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq proqramı Xocalıda da ardıcıl şəkildə davam etdirilir. Yaşayış evləri təmir olunur, yeni infrastruktur yaradılır, enerji təminatı gücləndirilir, kənd təsərrüfatı və sahibkarlıq üçün imkanlar genişləndirilir. Məqsəd sadəcə dağıdılmış məkanları bərpa etmək deyil. Əsas məqsəd insanların təhlükəsiz, rahat və müasir şəraitdə öz doğma yurdlarına qayıtmasını təmin etməkdir.”
Bu fikirlər Milli Məclisin deputatı Azər Kərimlinin aia.az-a açıqlamasında yer alıb.
Parlament üzvü qeyd edib ki, 2024-cü ilin mayında Xocalı şəhərində çoxmənzilli yaşayış binalarında aparılan təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə şəxsən tanış olmaq üçün Prezident İlham Əliyevin bu şəhərə səfəri, buraya köçən sakinlərlə görüşü xüsusi məna daşıyırdı: “Uzun ayrılıqdan sonra insanların doğma şəhərlərinə qayıtması Böyük Qayıdışın ən təsirli və əhəmiyyətli səhifələrindən biridir. Bir vaxtlar yurdlarından didərgin düşən insanların bu gün Xocalıya sakin kimi qayıtması tarixi ədalətin bərpasının real nəticəsidir. Xocalının dirçəlişi yalnız şəhər mərkəzi ilə məhdudlaşmır. Rayonun Ballıca, Təzəbinə, Xanyurdu, Badara, Daşbulaq və digər yaşayış məntəqələrində aparılan işlər yeni həyatın geniş coğrafiyanı əhatə etdiyini göstərir. Fərdi evlərin və infrastrukturun bərpası, sakinlərin kəndlərə qayıdışı, kənd təsərrüfatı müəssisələrinin yaradılması bölgənin iqtisadi fəallığının artırılmasına xidmət edir. 2025-ci ildə “Xocalı” yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin istifadəyə verilməsi şəhərin müasir enerji infrastrukturu ilə təmin olunması baxımından mühüm hadisədir. Enerji təhlükəsizliyi yeni yaşayış məntəqələrinin, sənaye və kənd təsərrüfatı müəssisələrinin dayanıqlı fəaliyyəti üçün əsas şərtlərdən biridir. Xanabad kəndində heyvandarlıq kompleksinin, Xocalı kərpic zavodunun fəaliyyətə başlaması isə azad edilmiş ərazilərdə iqtisadi həyatın tədricən canlandığını göstərir. Xocalının inkişafında tarixi və mədəni irsin qorunması da xüsusi yer tutur. Əsgəran qala-kompleksinin inkişaf konsepsiyası üzərində aparılan işlər bölgənin zəngin tarixinin gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyətlidir. Xocalı soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi üçün Soyqırımı Memorialının təməlqoyma mərasiminin keçirilməsi isə həm tarixi yaddaşa ehtiramın, həm də faciənin gələcək nəsillərə unudulmaması üçün görülən işlərin ifadəsidir. Xocalının keçdiyi yol Azərbaycanın bütövlükdə Qarabağ siyasətinin mahiyyətini göstərir. Azərbaycan keçmişin ağrılarını unutmur, şəhidlərinin xatirəsini daim uca tutur, lakin gələcəyə quruculuq və inkişafla baxır. Məhz buna görə də Xocalının yeni mərhələsi intiqam deyil, ədalətin bərpası, dağıntıların yerində həyatın yenidən qurulması deməkdir. Prezident İlham Əliyevin Xocalıya müntəzəm səfərləri, aparılan işlərlə yerində tanış olması və sakinlərlə görüşləri bu bölgənin dövlət üçün xüsusi əhəmiyyət daşıdığını göstərir. Burada həyata keçirilən hər bir layihə Böyük Qayıdış proqramının mühüm hissəsidir. İnsanların qayıdışı isə görülən bütün işlərin əsas məqsədini təşkil edir. Bu gün Xocalıda yeni evlərə işıq yanır, kəndlərə həyat qayıdır, istehsal müəssisələri fəaliyyətə başlayır. Bu mənzərə Azərbaycan xalqının ən ağır faciələrdən belə daha güclü çıxmaq qüdrətinin göstəricisidir. Xocalı artıq təkcə keçmişin ağrılarını daşıyan şəhər deyil. O, həm də qalib Azərbaycanın iradəsini, yenidən doğuluşunu və gələcəyə olan böyük inamını ifadə edən müqəddəs yurdlardan biridir. 20 Sentyabrın qeyd olunması Xocalı üçün də tarixin dəyişdiyini nümayiş etdirir. Bir zamanlar həsrət və faciə ilə bağlı olan bu torpaq bu gün azadlığın, qayıdışın və quruculuğun yeni səhifəsini yaşayır. Xocalının dirçəlişi Azərbaycanın Zəfər tarixinin davamıdır və bu tarixi yol gələcəyə doğru inamla davam edir” – deyə, Azər Kərimli fikirlərini sona çatdırıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
09-09-2026