Mobil versiya
"Qaçaqmalçı" sabiq diplomat Azər Qasımovun qardaşı imiş - YENİLƏNİB
Tarix: 10-09-2026 | Saat: 13:48
Bölmə:Manşet / Gündəm | çapa göndər

"Qaçaqmalçı" sabiq diplomat Azər Qasımovun qardaşı imiş -

Barəsində cinayət işi açılan sabiq baş konsul Sultan Qasımovla bağlı yeni fakt məlum olub.

aia.az xəbər verir ki, lent.az-ın əldə etdiyi məlumata görə, o, Azərbaycan Prezidentinin keçmiş mətbuat katibi Azər Qasımovun qardaşıdır.

Qeyd edək ki, Azər Qasımov 2025-ci ilin fevralında tutduğu vəzifədən azad edilib.

***

12:45

Külli miqdarda qızıl qaçaqmalçılığında təqsirləndirilən Azərbaycanın Sankt-Peterburuqdakı sabiq Baş konsulu Sultan Qasımov barədə yeni detallar məlum olub.

aia.az xəbər verir ki, apa-ın əldə etdiyi məlumata görə, cinayət işi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsində araşdırılıb.

Məlum olub ki, zərərçəkənlərə 200 min manat məbləğində ziyan dəyib.

Ümumi ziyanın bir qismi istintaq dövrü ərzində ödənilib.

***

11:12

Azərbaycanın Sankt-Peterburuqdakı sabiq Baş konsulu qaçaqmalçılıqda ittiham olunur.

aia.az apa-ya istinadla xəbər verir ki, sabiq konsul Sultan Qasımov külli miqdarda qızıl qaçaqmalçılığında təqsirləndirilir.

Cinayət işi prokurorluqda araşdırılıb. Ona Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb, cinayət işinin istintaqı yekunlaşıb və məhkəməyə göndərilib.

Yaxın zamanlarda işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.

Qeyd edək ki, Sultan Məhəmməd oğlu Qasımov 2009-cu ildə Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycan Respublikasının ilk Baş konsulu təyin olunub, 2016-cı ildə isə Baş konsul vəzifəsindən geri çağırılıb.

O, 3 may 2016-cı ildə Azərbaycanın Sankt-Peterburq şəhərində Baş konsulu vəzifəsinə təyin edilib. 2024-cü il oktyabrın 21-də isə bu vəzifədən geri çağırılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-09-2026