Metsamorla bağlı İrəvana ciddi xəbərdarlıq: Ermənistan üçün alternativ Bakı ola bilər -Fotolar
Tarix: 11-09-2026 | Saat: 20:38
Bölmə:Özəl | çapa göndər

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Ermənistan “Metsamor” Atom Elektrik Stansiyasının fəaliyyətini daha uzun müddət davam etdirməyi planlaşdırır. “Ermənistan AES” QSC-nin baş direktoru Eduard Martirosyan bildirib ki, stansiyanın istismar müddətinin əvvəlcə 2036-cı, perspektivdə isə 2041-ci ilə qədər uzadılması istiqamətində işlərin aparılması nəzərdə tutulur.
Metsamorun gələcəyi uzun müddətdir regionda müzakirə mövzusudur. Azərbaycan Prezidenti İlham Əliyev avqustun 12-də Azərbaycan Dövlət Televiziyasına müsahibəsində stansiyanın bağlanmasından sonra Ermənistanda yarana biləcək enerji çatışmazlığı məsələsinə toxunaraq, Bakının bu halda Ermənistana əlavə elektrik enerjisi mənbəyi təqdim etməyə hazır olduğunu bildirmişdi.
Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı hesab edir ki, Metsamorun istismar müddətinin uzadılması əvəzinə onun təhlükəsizlik vəziyyəti ciddi şəkildə qiymətləndirilməlidir. Ekspertin fikrincə, mümkün ağır qəzanın nəticələri yalnız Ermənistanla məhdudlaşmaya, Azərbaycan və Türkiyə də daxil olmaqla ətraf ölkələr üçün risk yarada bilər.
Çaxmaqlı Ermənistanın stansiyadan imtina etməkdə çətinlik çəkməsini ölkənin enerji balansında Metsamorun böyük paya malik olması ilə əlaqələndirir. Onun sözlərinə görə, hazırda stansiyanı tam əvəz edə biləcək alternativ imkanlar məhduddur. ABŞ tərəfindən kiçik modul nüvə reaktorları ilə bağlı müxtəlif variantlar gündəmə gətirilsə də, bu istiqamətdə proses hələ yekun mərhələyə çatmayıb.
Ekspert hesab edir ki, regional münasibətlər normallaşarsa, Ermənistanın enerji ehtiyacının müəyyən hissəsinin ödənilməsində Azərbaycan mühüm alternativə çevrilə bilər. Bu ssenari Metsamorun gələcəkdə istismardan çıxarılması zamanı yarana biləcək enerji boşluğunun doldurulması variantlarından biri kimi nəzərdən keçirilə bilər.
Çaxmaqlının fikrincə, stansiyanın 2041-ci ilə qədər işlədilməsi məsələsində beynəlxalq nüvə təhlükəsizliyi tələbləri də əsas götürülməlidir. İrəvan üçün əsas məsələ sadəcə Metsamorun ömrünü uzatmaq deyil, enerji təhlükəsizliyi ilə nüvə təhlükəsizliyi arasında davamlı həll tapmaqdır. Bakıdan səsləndirilən enerji təklifi isə gələcək regional əməkdaşlıq şəraitində bu problemin mümkün alternativlərindən biri ola bilər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər