Vaşinqton Tehranın regional şəbəkəsini hədəfə aldı: 13 şəxs və 5 quruma sanksiya
Tarix: 11-09-2026 | Saat: 19:44
Bölmə:Özəl | çapa göndər

ABŞ İranın Yaxın Şərqdə dəstəklədiyi silahlı qruplarla əlaqəli olduğu bildirilən şəxslərə və şirkətlərə qarşı yeni sanksiyalar tətbiq edib. Məhdudiyyətlər İraq, Livan və Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən şəbəkələri əhatə edir.
ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) açıqlamasına görə, yeni tədbirlər əsasən “Kətaib Hizbullah” və Livandakı “Hizbullah”la əlaqəli şəxsləri və strukturları hədəfə alır.
Sanksiya siyahısına ümumilikdə 13 fiziki şəxs daxil edilib. Onların arasında “Kətaib Hizbullah”la əlaqəli İraq vətəndaşları, o cümlədən qruplaşmanın dörd komandiri və üzvü, eləcə də “Hizbullah”la əlaqəli Livan vətəndaşları var.
Bundan əlavə, sözügedən şəbəkələrlə əlaqədə ittiham olunan 5 şirkət və maliyyə qurumu da ABŞ-ın sanksiyalarına məruz qalıb. Vaşinqton bu strukturların İranın dəstəklədiyi qrupların maliyyə və digər fəaliyyətlərinə yardım etdiyini bildirir.
Yeni qərar göstərir ki, ABŞ-ın İrana təzyiq strategiyası yalnız Tehranın özünə qarşı sanksiyalarla məhdudlaşmır. Vaşinqton İranın İraq və Livan başda olmaqla regiondakı müttəfiq silahlı strukturlarının maliyyə və logistika imkanlarını da zəiflətməyə çalışır.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər