Azər Kərimli: “Qarabağ həqiqətləri diplomatik korpusun gözü ilə dünyaya daha aydın şkildə təqdim edildi”
Tarix: 15-09-2026 | Saat: 13:11
Bölmə:Manşet / Siyasət | çapa göndər

“Bəzən bir səfər uzun illər ərzində formalaşdırılmış təbliğatın mahiyyətini üzə çıxarmaq üçün kifayət edir. Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura son səfəri də məhz belə siyasi məzmun daşıyır. Diplomatik nümayəndələrin bölgədəki vəziyyətlə tanış olması, aparılan genişmiqyaslı quruculuq işlərini görməsi və tarixi-mədəni irslə bağlı real mənzərəni müşahidə etməsi Ermənistanın bəzi dairələrində ciddi narahatlıq yaradıb.
Bu narahatlığın əsas səbəbi aydındır: reallıq Ermənistanın illərlə yaydığı təhrif olunmuş təsəvvürlərlə üst-üstə düşmür. Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən sonra burada həyatın bərpa olunması, şəhər və kəndlərin yenidən qurulması, keçmiş məcburi köçkünlərin doğma yerlərinə qayıtması artıq danılmaz gerçəklikdir. Xarici diplomatların bu prosesi birbaşa müşahidə etməsi isə saxta təbliğatın təsir imkanlarını daha da məhdudlaşdırır. Məhz buna görə Ermənistan cəmiyyətinin müəyyən təbəqələrində səfərə qarşı aqressiv reaksiyanın ortaya çıxması təsadüfi görünmür.”
Bunları Milli Məclisin deputatı Azər Kərimli aia.az-a açıqlamasında deyib.
Parlament üzvü xarici diplomatları Azərbaycanın suveren ərazisinə səfər etdiklərinə görə qınamağın ilk növbədə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə ziddiyyət təşkil etdiyini diqqət mərkəzinə çəkib: “Qarabağın Azərbaycana məxsusluğu beynəlxalq səviyyədə qəbul olunmuş həqiqətdir. Deməli, Ermənistan daxilində hansısa qrupların diplomatların hərəkət azadlığına münasibət bildirmək adı altında təzyiq göstərməsi yolverilməzdir. Məsələnin başqa bir tərəfi tarixi irslə bağlı manipulyasiyalardır. Gəncəsər və Xudavəng kimi abidələrin yalnız etnik-siyasi iddiaların prizmasından təqdim olunması tarixə birtərəfli yanaşmanın göstəricisidir. Qafqaz Albaniyası irsinin Azərbaycan tarixinin mühüm tərkib hissəsi olması elmi ədəbiyyatdan məlum faktdır. Buna görə həmin irsin siyasi məqsədlərlə inkar edilməsi tarixə hörmətsizlik olmaqla yanaşı, dözümsüz yanaşmanı da nümayiş etdirir. Ermənistanın mövqeyindəki ziddiyyət Qərbi Azərbaycan məsələsində daha aydın görünür. Azərbaycan xalqının indiki Ermənistan ərazisindəki tarixi yaşayış məskənləri, qəbiristanlıqları, məscidləri və digər mədəni izləri uzun illər ərzində dağıdılıb və ya silinib. Yalnız Qarabağdakı abidələr ətrafında iddialar irəli sürmək obyektiv yanaşma sayıla bilməz. Bütün bunların fonunda Ermənistan parlamenti sədrinin açıqlaması da xüsusi diqqət çəkir. Xarici diplomatların Azərbaycanın ərazisindəki səfərinə münasibət bildirmək Ermənistanın səlahiyyət dairəsinə aid deyil. 14 sentyabrda 2022-ci ilin sentyabr döyüşlərində həlak olmuş erməni hərbçilərin parlamentdə bir dəqiqəlik sükutla yad edilməsi də revanşist əhval-ruhiyyənin gücləndirilməsi baxımından narahatedicidir. Azərbaycan isə öz mövqeyini faktlarla nümayiş etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa proqramı bölgənin gələcəyini müəyyənləşdirən əsas reallığa çevrilib. Xarici diplomatların səfərləri bu reallığın beynəlxalq ictimaiyyət tərəfindən yerində müşahidəsinə imkan verir” – deyə, Azər Kərimli fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər