Mobil versiya
Ermənistan parlamentində əmlak qalmaqalı: Deputatlar bir-birini prokurorluq və məhkəmə ilə hədələdi
Tarix: 15-09-2026 | Saat: 13:14
Bölmə:Özəl | çapa göndər

Ermənistan parlamentində əmlak qalmaqalı: Deputatlar bir-birini prokurorluq və məhkəmə ilə hədələdi




Ermənistan parlamentində hakimiyyət və müxalifət nümayəndələri arasında əmlak məsələsi üstündə gərgin mübahisə yaşanıb. Qarşıdurma hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatı Nazeli Bağdasaryanla müxalif “Güclü Ermənistan” blokunun deputatı Ruben Mxitaryan arasında baş verib.

Hadisə sentyabrın 15-də parlamentin Ərazi idarəetməsi və ətraf mühitin mühafizəsi üzrə daimi komissiyasına sədr seçilməsi məsələsinin müzakirəsi zamanı yaşanıb. Komissiya sədrliyinə namizəd olan Mxitaryana Bağdasaryan qanunsuz əldə edilmiş əmlakla bağlı sual ünvanlayıb.

Mxitaryan isə cavabında Gümrünün şəhər meydanında yerləşən və “Tsayg” teleşirkətinə məxsus olduğu bildirilən qiymətli torpaq sahəsinin kimə və hansı şəkildə keçdiyi barədə sual qaldırıb. Müxalif deputat bununla faktiki olaraq ittihamı qarşı tərəfə yönəldib.

Bu sözlər Bağdasaryanın sərt reaksiyasına səbəb olub. Hakim partiyanın deputatı Mxitaryana əlində konkret məlumat və sübut varsa, məsələni Baş Prokurorluğa təqdim etməyi tələb edib.

Bağdasaryan əks halda səsləndirilən fikirlərin hüquqi nəticələrinin ola biləcəyini bildirərək Mxitaryanın yalan məlumat verdiyi təqdirdə məhkəməyə çağırıla biləcəyini deyib.

Beləliklə, komissiya sədrinin seçilməsi ilə başlayan müzakirə qısa müddətdə qarşılıqlı əmlak ittihamlarına çevrilib. Parlamentdəki bu gərginlik Ermənistan hakimiyyəti ilə müxalifəti qarşı-qarşıya gətirən növbəti qalmaqal kimi diqqət çəkib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-09-2026