Mobil versiya
2 nəfər hərbi çağırışdan boyun qaçırdı - Cinayət işi açıldı
Tarix: 15-09-2026 | Saat: 10:53
Bölmə:Karusel / Gündəm | çapa göndər

2 nəfər hərbi çağırışdan boyun qaçırdı -

Hərbi çağırışdan boyun qaçıran şəxslər barəsində cinayət işi başlanıb.

Bu barədə aia.az-a Hərbi Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən daxil olmuş materiallar üzrə araşdırma aparılıb.

Nəticədə iki çağırışçının tibbi müayinələrin nəticələrinə əsasən hərbi xidmətə yararlı hesab olunduqları halda, qanuni əsas olmadan növbəti hərbi çağırışdan boyun qaçırmaları faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Qeyd edilib ki, qanuni əsas olmadan hərbi çağırışdan boyun qaçıran şəxslərin barəsində ciddi tədbirlər görüləcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-09-2026