Mobil versiya
Firudin Qurbanov: Hazırda şagirdləri, tələbələri bir sıra çağırışlar gözləyir
Tarix: 15-09-2026 | Saat: 08:56
Bölmə:Karusel / Təhsil | çapa göndər

Firudin Qurbanov:

Hazırda şagirdləri, tələbələri bir sıra çağırışlar gözləyir.

aia.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov Zərifə Əliyeva adına Liseydə 15 Sentyabr Bilik Günü ilə bağlı tədbirdə deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanlı gənclər dövlət proqramı vasitəsilə nüfuzlu universitetlərdə təhsil alırlar:

"Bu proqram vasitəsilə dünyanın ən nüfuzlu ali məktəblərinə qəbul olanların xərcləri dövlət tərəfindən ödənilir. Nüfuzlu ali məktəbdə təhsil almaq təxminən 50, 80, 100 min dollara baş gəlir".

F.Qurbanov əlavə edib ki, hazırda dünyada çox mürəkkəb dövrdür:

"Hər gün sivilizasiya inkişaf etdikcə dünya iqtisadiyyatını köklü dərəcədə dəyişir. Bu gün biz dördüncü sənaye inqilabı dövründə yaşayırıq. Gələcəkdə bizi insansız texnologiyalı sistemlər gözləyir. Bu gün dünyada 600 mindən çox robotlaşdırılmış sistemlər var".

Nazir müavini əlavə edib ki, hazırda şagirdləri, tələbələri bir sıra çağırışlar gözləyir: "Şagirdlər bu gün hansı ixtisas yiyələnməli olduqlarını bilməlidirlər. Süni intellektin, texnologiyanın inkişaf etdiyi bir dövrdə qarşıdakı çağırışlara hazır olmalısınız".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə