Manaf Manafov: “Yeni reallıq qarşısında Ermənistan düzgün seçim etməlidir”
Tarix: 15-09-2026 | Saat: 13:37
Bölmə:Manşet / Siyasət | çapa göndər

“Siyasi proseslərin mahiyyətini bəzən rəsmi bəyanatlardan daha çox, həmin bəyanatlara verilən reaksiyalar göstərir. Sentyabrın 11-12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri ətrafında Ermənistanda yaradılan gərginlik də bu baxımdan diqqət çəkir. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinə səfər edən xarici diplomatların təzyiq və ittihamlarla qarşılanması Ermənistan cəmiyyətində revanşist düşüncənin müəyyən dairələrdə nə qədər güclü olduğunu göstərir. Halbuki bu səfərin mahiyyətində qeyri-adi heç nə yoxdur. Diplomatik korpus nümayəndələri Azərbaycan dövlətinin dəvəti ilə ölkənin müxtəlif bölgələrində olduğu kimi Qarabağ və Şərqi Zəngəzurda da mövcud vəziyyətlə tanış olublar. Onların bölgəyə səfəri Azərbaycanın suveren hüquqlarının həyata keçirilməsinin təbii nəticəsidir. Bu ərazilərin statusu artıq mübahisə mövzusu deyil. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə mövqeyi də məlumdur. Buna görə xarici diplomatların Azərbaycan ərazisində sərbəst hərəkətinə qarşı çıxmaq Ermənistanın öz mövqeyi ilə ziddiyyət təşkil edir. Ermənistanda səfərə qarşı sərgilənən münasibətin əsas səbəblərindən biri də diplomatların Qarabağda gerçək mənzərə ilə tanış olmasıdır. Azərbaycan işğaldan azad etdiyi ərazilərdə yalnız dağıntıların aradan qaldırılması ilə kifayətlənmir. Burada yeni yaşayış məntəqələri salınır, müasir infrastruktur yaradılır, nəqliyyat imkanları genişləndirilir və əhalinin mərhələli şəkildə Böyük Qayıdışı təmin olunur. Bu proses Qarabağın gələcəyinin necə müəyyənləşdirildiyini aydın göstərir.”
Bu fikirləri aia.az-a açıqlamasında Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi, Yeni Azərbaycan Partiyasının üzvü Manaf Manafov deyib.

Fikirlərini davam etdirən hakim partiya təmsilçisi bildirib ki, bölgənin tarixi-mədəni irsi ilə bağlı Ermənistanın reaksiyası isə ayrıca təhlilə ehtiyac yaradır: “Gəncəsər və Xudavəngin erməni irsi kimi təqdim edilməsi, Qafqaz Albaniyası mədəniyyətinin Azərbaycan tarixindəki yerinin inkar olunması siyasi məqsədlərə uyğunlaşdırılmış tarix narrativinin nümunəsidir. Qafqaz Albaniyasının Azərbaycan ərazisində mövcudluğu tarix elminə məlumdur. Buna görə bu irsin yalnız etnik-siyasi iddialar əsasında qiymətləndirilməsi obyektiv yanaşma sayıla bilməz. İkili standartın daha bariz nümunəsi isə Ermənistan ərazisində Azərbaycan xalqının tarixi-mədəni irsinə münasibətdir. Qərbi Azərbaycanda Azərbaycanlıların yaşadığı yaşayış məskənlərinin, məscidlərin, qəbiristanlıqların və digər tarixi izlərin məhv edilməsi və ya dəyişdirilməsi faktları unudulmamalıdır. Öz ərazisində başqa xalqın mədəni izlərini silən bir tərəfin Qarabağdakı irslə bağlı müstəsna iddialar irəli sürməsi ciddi ziddiyyətdir. Tarix siyasi məqsədlərlə yenidən yazılmamalıdır. Səfərlə bağlı kampaniyanın Ermənistanın hakim siyasi dairələri ilə əlaqəsi də xüsusi diqqət tələb edir. Hakimiyyətə yaxın informasiya resurslarında yayılan materiallar göstərir ki, söhbət yalnız ayrı-ayrı şəxslərin emosional reaksiyasından getmir. Parlament sədri Ruben Rubinyanın mövzu ilə bağlı açıqlaması da bu baxımdan qəbuledilməzdir. Ermənistanın yüksək vəzifəli şəxslərinin Azərbaycanın daxili məsələlərinə dair mövqe bildirməsi regionda sülh və etimad mühitinə xidmət etmir. 14 sentyabrda Ermənistan parlamentində 2022-ci il sentyabr döyüşlərində həlak olmuş erməni hərbçilərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi də həmin proseslərin fonunda qiymətləndirilməlidir. Sərhəddə Ermənistanın törətdiyi hərbi təxribatlara Azərbaycan cavab vermək məcburiyyətində qalmışdı. Hadisələrin yalnız bir tərəfin itkiləri üzərindən təqdim edilməsi isə cəmiyyətin diqqətini səbəblərdən yayındıraraq revanşist hissləri gücləndirə bilər. Əgər Ermənistan həqiqətən sülh istəyirsə, bunun ən mühüm göstəricisi yeni reallıqlara hörmət etməsidir. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq işləri isə bu ərazilərin gələcəyini müəyyənləşdirir. Diplomatik korpusun səfərinə qarşı aqressiv kampaniya aparmaqla bu reallığı dəyişmək mümkün deyil. Ermənistan üçün ən doğru seçim revanşist ritorikadan uzaqlaşmaq, tarixi saxtalaşdırmaq cəhdlərinə son qoymaq və regionda sülhün möhkəmlənməsinə töhfə verməkdir” – deyə, Manaf Manafov fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər