Mobil versiya
Qorxulu yuxuların səbəbi
Tarix: 28-09-2026 | Saat: 09:07
Bölmə:Ölkə | çapa göndər

Qorxulu yuxuların səbəbi

İnsanlarda yuxu pozuntusuna səbəb olan amillər və gecə kabuslarının əsas yaranma səbəbləri açıqlanıb.

aia.az xəbər verir ki, bu barədə həkim Karema Maqomedova danışıb.

Onun sözlərinə görə, gecə kabusları müxtəlif nevroloji pozuntular, o cümlədən yuxu zamanı tənəffüs pozuntuları səbəbindən meydana gələ bilər. Bununla yanaşı, mütəxəssis qeyd edib ki, kabuslar müstəqil bir yuxu pozuntusu kimi də ortaya çıxır.

K.Maqomedova bildirib ki, qorxulu yuxulardan daha çox gərginlik və stres yaşayan şəxslər əziyyət çəkirlər. Kabus riskini azaltmaq üçün həkim yatmazdan əvvəl gün ərzində toplanmış həyəcanı tənəffüs məşqləri vasitəsilə aradan qaldırmağı tövsiyə edib.

Bundan əlavə, yataq otağındakı əlverişsiz şərait də gecə kabuslarının yaranmasına şərait yarada bilər.

O vurğulayıb ki, yataq otağında tam sakitlik, qaranlıq və rahat temperatur təmin edilməlidir. Eyni zamanda, döşək və yastıqların rahatlığı, yataq dəstlərinin isə xoş materialdan olması yuxu keyfiyyəti üçün həlledici rol oynayır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-09-2026