Sosial şəbəkələrdə radikallaşmanın qarşısı alınmalıdır - Sahib Alıyev
Tarix: 30-09-2026 | Saat: 11:43
Bölmə:Parlament | çapa göndər

“Sosial şəbəkələrdə radikallaşma və cəmiyyətdə qütbləşmənin qarşısının alınması üçün qanunvericiliyin təkmilləşdirilməsi təklif olunur”.
aia.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev parlamentin 30 sentyabr tarixli iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, sosial şəbəkələrin Azərbaycan seqmentində sistemli şəkildə radikallıq və nifrət aşılanması cəmiyyətdə qütbləşməyə, milli dəyərlərin və dövlətçiliyin gözdən salınmasına gətirib çıxarır.
Onun sözlərinə görə, sosial platformalar kənardan hər hansı müdaxilə olmadan da vəziyyəti gərginləşdirə bilir:
“Meta-nın, X-in, YouTube-un və digər texnoloji nəhənglərin idarəçiliyində yer alan mütəxəssislərin özlərinin də etirafları var ki, sosial şəbəkə üzərindən alqoritmlər, psixoloji manipulyasiya və rəqəmsal “əks-səda kameraları” vasitəsilə radikallaşma, sosial qütbləşmə yaradılır”.
S.Alıyev qeyd edib ki, insanlar neqativ, qorxulu və hədəf göstərən xəbərlərə müsbət məzmunlardan daha həssas reaksiya verdiyindən alqoritmlər qütbləşdirən və aqressiv paylaşımları önə çıxara bilir.
Deputatın sözlərinə görə, istifadəçinin baxdığı məzmun müəyyənləşdirildikdən sonra sistem ona daha kəskin və dünyagörüşünə uyğun kontentlər təqdim edir. Bu isə fərqli fikirlərdən təcrid olunmağa və insanların öz qruplarındakı radikal fikirləri mütləq doğru hesab etməsinə səbəb ola bilər.
Sahıb Alıyev qeyd edib ki, botlardan və trollardan istifadə etməklə də müəyyən radikal fikirlərin süni şəkildə yayılması mümkündür.
Deputat Avropa İttifaqının Rəqəmsal Xidmətlər haqqında Qanununda radikallaşmanı və sosial qütbləşməni stimullaşdıran alqoritmlərlə bağlı müddəaların olduğunu diqqətə çatdırıb. O, xüsusilə qanunun 27, 34, 35, 38 və 40-cı maddələrini qeyd edib:
“Azərbaycanda da informasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi, həmçinin uşaqların zərərli informasiyadan qorunması ilə bağlı qanunlara edilən dəyişikliklərdən sonra sosial şəbəkə platforması, platforma provayderi və alqoritmlər üzərində birbaşa nəzarət kimi anlayışlar qanunvericiliyə gətirilib.
Amma vəziyyəti dəyişmək üçün biz Avropa İttifaqının təcrübəsini nəzərə almaqla onu daha da təkmilləşdirməliyik”, - deputat vurğulayıb.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
30-09-2026