Mobil versiya
Süni intellektlə bağlı qanun olacaq?
Tarix: 30-09-2026 | Saat: 12:12
Bölmə:Parlament | çapa göndər

Süni intellektlə bağlı qanun olacaq?

Süni intellekt və sosial media ilə bağlı ayrıca qanunun qəbul edilməsi təklif olunub.

aia.az xəbər verir ki, bu təklifi Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin 30 sentyabr tarixli iclasında səsləndirib.

Deputat bildirib ki, süni intellekt və sosial media sürətlə insanların həyatına daxil olur və bu proseslərin idarə olunması getdikcə daha mürəkkəb xarakter alır.

C.Məmmədov xüsusilə sosial mediada baş verən proseslərin və kənardan edilən məqsədli müdaxilələrin narahatlıq doğurduğunu deyib:

“Bu baxımdan hesab edirəm ki, süni intellektdən düzgün istifadə və xüsusi təhlükəsizliklə bağlı məqamlar nəzərə alınaraq ayrıca həm süni intellektlə, həm də sosial media ilə bağlı bir qanunun qəbuluna ehtiyac var”.

O qeyd edib ki, bu istiqamətdə addımlar indidən atılmasa, gələcəkdə məsələnin daha da mürəkkəb hal alacağı istisna edilmir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-09-2026