Mobil versiya
“Qadın ana olduğu üçün işdən kənarda qalmamalıdır” – Razi Nurullayev
Tarix: 30-09-2026 | Saat: 11:46
Bölmə:Parlament / Karusel | çapa göndər

“Qadın ana olduğu üçün işdən kənarda qalmamalıdır” –

Qadınların ana olduqdan sonra əmək bazarından kənarda qalmaması üçün uşaq baxımı və əmək şəraiti ilə bağlı əlavə imkanların yaradılması təklif olunub.

aia.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Razi Nurullayev parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, uşaq baxımı ailələrə dövlət dəstəyi sisteminin mühüm hissəsi olmalıdır:

“Elə şərait yaratmalıyıq ki, qadın ana olduğu üçün əmək bazarından kənarda qalmasın. Bağçaların əlçatanlığı, çevik iş imkanları və valideynlər üçün uyğun əmək şəraiti bu sistemin təbii hissəsi ola bilər”, – R.Nurullayev vurğulayıb.

O qeyd edib ki, uşaqların təhsil və inkişaf imkanlarına yönələn dövlət dəstəyi də ailələr üçün mühüm əhəmiyyət daşıyır.

Deputatın sözlərinə görə, məqsəd yalnız daha çox uşağın dünyaya gəlməsi deyil, daha təhlükəsiz və övladını gələcəyə inamla hazırlaya bilən ailələrin formalaşmasına dəstək göstərmək olmalıdır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-09-2026