Heydər Əliyevin zəngin dövlətçilik irsi: Azərbaycanın tərəqqi və Zəfər yolu - DEPUTAT
Tarix: 30-09-2026 | Saat: 13:24
Bölmə:Manşet / Siyasət | çapa göndər

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın müasir tarixində mühüm dönüş mərhələsi kimi səciyyələnir. Həmin gün keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyətinin etimadını qazanan Ümummilli Lider Heydər Əliyevin dövlət başçısı seçilməsi müstəqil dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində yeni mərhələnin başlanğıcı oldu.
Belə bir şəraitdə Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsinə, dövlət çevrilişi cəhdlərinin qarşısının alınmasına və ölkənin parçalanma təhlükəsindən xilas edilməsinə imkan verdi. Heydər Əliyev respublikada ictimai-siyasi sabitliyin bərqərar edilməsi, dövlət qurumlarının formalaşdırılması, müstəqilliyin qorunması və sosial-iqtisadi inkişaf üçün etibarlı zəminin yaradılması istiqamətində genişmiqyaslı və ardıcıl tədbirlər həyata keçirdi. Bununla yanaşı, ordu quruculuğuna xüsusi diqqət yetirilməsi dövlətin müdafiə qabiliyyətinin gücləndirilməsinə və milli təhlükəsizliyin təmin olunmasına mühüm zəmin yaratdı.
Dövlət müstəqilliyinin dayanıqlılığı üçün siyasi sabitliklə yanaşı, iqtisadi müstəqilliyin də təmin olunması vacib idi. Bu baxımdan Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi neft strategiyası xüsusi əhəmiyyət daşıyır. 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” ölkənin enerji sektoruna xarici sərmayələrin cəlb olunmasına, enerji ehtiyatlarının dünya bazarlarına çıxarılmasına və Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrinin genişlənməsinə şərait yaratdı. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi layihələr sonrakı illərdə ölkənin regional enerji əməkdaşlığında rolunu daha da artırdı.
Ulu Öndərin dövlətçilik konsepsiyasının əsasını demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu təşkil edirdi. 12 noyabr 1995-ci il tarixində ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiya müstəqil dövlətin hüquqi bazasını formalaşdırdı, hakimiyyət bölgüsü prinsipini təsbit etdi, insan hüquq və azadlıqlarının təminatını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirdi. Sonrakı dövrdə məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi, Konstitusiya Məhkəməsi və Ombudsman təsisatlarının yaradılması, ölüm hökmünün ləğvi, senzuranın aradan qaldırılması kimi addımlar siyasi-hüquqi islahatların mühüm istiqamətlərini təşkil etdi.
Heydər Əliyevin dövlətçilik irsində azərbaycançılıq ideologiyası da xüsusi yer tutur. Bu məfkurə milli-mənəvi dəyərlərin qorunması, tarixi yaddaşın möhkəmləndirilməsi, milli özünüdərkin inkişafı və dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların vahid ideya ətrafında birləşdirilməsi baxımından mühüm istiqamətə çevrildi. Dünya Azərbaycanlılarının qurultaylarının keçirilməsi və diaspor təşkilatlanmasının gücləndirilməsi də bu siyasətin davamlı xarakter daşıdığını göstərdi.
Ulu Öndərin xarici siyasət kursunda Azərbaycanın beynəlxalq münasibətlər sistemində müstəqil aktor kimi mövqeyinin möhkəmləndirilməsi əsas prioritetlərdən biri idi. Milli maraqlara əsaslanan xarici siyasət nəticəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq genişləndirildi, Azərbaycanın regional və qlobal layihələrdə iştirakı artdı. Böyük İpək Yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişafı, enerji və kommunikasiya layihələri ölkənin beynəlxalq əlaqələrinin şaxələndirilməsinə xidmət etdi.
Ölkəmizin ərazi bütövlüyünün bərpası isə Heydər Əliyevin xarici siyasətinin əsas istiqamətlərindən biri olaraq qalırdı. Ulu Öndər beynəlxalq təşkilatlarda və müxtəlif dövlətlərlə görüşlərində Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələrini diqqətə çatdırır, münaqişənin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüququn prinsipləri əsasında həllini müdafiə edirdi. Bununla yanaşı, dövlətin hərbi-siyasi və iqtisadi imkanlarının gücləndirilməsi gələcəkdə qarşıya qoyulan milli məqsədlərin reallaşdırılması üçün əsaslı zəmin formalaşdırdı.
15 oktyabr 2003-cü ildə İlham Əliyevin Prezident seçilməsi ilə Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik siyasəti yeni mərhələdə davam etdirildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin iqtisadi və müdafiə potensialı gücləndirildi, ordu quruculuğuna xüsusi diqqət yetirildi, Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmləndirildi. Bu siyasətin mühüm nəticələrindən biri 2020-ci il Vətən müharibəsi və 2023-cü ildə keçirilən lokal antiterror tədbirləri nəticəsində ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması oldu.
Tarixi Zəfər regionda yeni reallıqlar formalaşdırmaqla yanaşı, qarşılıqlı sülh və əməkdaşlıq üçün yeni imkanlar yaratdı. Hazırda işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, müasir infrastrukturun yaradılması və Böyük Qayıdış proqramının icrası bu mərhələnin əsas istiqamətlərini təşkil edir. Ərazi bütövlüyünün və suverenliyin təmin olunması ilə Azərbaycan regionda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş yeni siyasi mərhələyə qədəm qoyub.
Heydər Əsədov
Milli Məclisin deputatı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
30-09-2026