3 oktyabr 1993: Azərbaycanın gələcək inkişaf yolunu müəyyən edən tarixi seçim
Tarix: 30-09-2026 | Saat: 14:39
Bölmə:Siyasət | çapa göndər

3 oktyabr 1993-cü il Azərbaycan xalqının və dövlətçiliyinin tarixində müstəsna əhəmiyyət daşıyan günlərdən biridir. Həmin gün keçirilən prezident seçkilərində xalqın böyük səs çoxluğu ilə Ulu Öndər Heydər Əliyevi dövlət başçısı seçməsi ölkənin müasir tarixində yeni mərhələnin başlanğıcını qoydu. Bu seçim Azərbaycan dövlətçiliyinin ağır sınaqlarla üzləşdiyi, ölkənin siyasi və sosial böhran içində olduğu bir dövrdə xalqın Heydər Əliyevə olan inamının və onun liderliyinə verdiyi dəstəyin ifadəsi idi.
Müstəqilliyin ilk illərində Azərbaycanın qarşılaşdığı problemlər yalnız iqtisadi çətinliklər və siyasi qeyri-sabitliklə məhdudlaşmırdı. Dövlətin suverenliyinə, ərazi bütövlüyünə və gələcəyinə ciddi təhdidlər mövcud idi. Ayrı-ayrı silahlı dəstələrin fəaliyyəti, hakimiyyət uğrunda mübarizə, dövlət çevrilişi cəhdləri və vətəndaş qarşıdurması təhlükəsi ölkəni olduqca mürəkkəb vəziyyətə salmışdı. Belə bir şəraitdə xalqın
Ümummilli Lider Heydər Əliyevə üz tutması təsadüfi deyildi. Cəmiyyət peşəkar idarəçilik, siyasi uzaqgörənlik və zəngin dövlətçilik təcrübəsinin ölkənin gələcəyi üçün nə qədər vacib olduğunu aydın şəkildə dərk edirdi.
Ümummilli Lider Heydər Əliyevin Prezident seçilməsi ilə Azərbaycanın dövlətçilik tarixində sabitlik və quruculuq mərhələsi başladı. Ulu Öndər ilk növbədə ölkədə ictimai-siyasi sabitliyin təmin olunmasına, dövlətçiliyə qarşı təhlükələrin aradan qaldırılmasına və hüquqi dövlət institutlarının möhkəmləndirilməsinə yönəlmiş ardıcıl siyasət həyata keçirdi. 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi dövlət quruculuğu prosesinin mühüm nəticələrindən biri oldu. Bununla yanaşı, milli iqtisadiyyatın inkişafı üçün yeni əsaslar formalaşdırıldı, xarici investisiyaların ölkəyə cəlb olunması və beynəlxalq iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində mühüm addımlar atıldı.
Ümummilli Liderin müəyyən etdiyi neft strategiyası da Azərbaycanın uzunmüddətli inkişaf perspektivlərinə hesablanmışdı. “Əsrin müqaviləsi”nin imzalanması ölkənin enerji resurslarının milli inkişafın mühüm amilinə çevrilməsi baxımından tarixi əhəmiyyət daşıdı. Sonrakı illərdə bu siyasət Azərbaycanın enerji təhlükəsizliyinin gücləndirilməsinə, yeni enerji və nəqliyyat dəhlizlərinin formalaşmasına, ölkənin regiondakı strateji əhəmiyyətinin artmasına imkan yaratdı. Eyni zamanda, Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət Azərbaycanın beynəlxalq münasibətlər sistemində öz mövqeyini möhkəmləndirməsinə şərait yaratdı.
Ümummilli Liderin formalaşdırdığı möhkəm siyasi və iqtisadi təməl sonrakı dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi və müasir dövrün tələblərinə uyğun yeni məzmunla zənginləşdirildi. Bu mərhələdə güclü iqtisadiyyatın formalaşdırılması, müasir ordu quruculuğu, fəal xarici siyasətin həyata keçirilməsi və dövlətçilik həmrəyliyinin möhkəmləndirilməsi Azərbaycanın imkanlarını daha da genişləndirdi. Nəticədə Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazandı, 2023-cü ildə isə dövlət suverenliyini bütün ərazisində tam bərpa etdi. Bu hadisələr Azərbaycanın yeni reallıqlarının formalaşmasına səbəb oldu və uzunmüddətli dövlət siyasətinin nəticələrini nümayiş etdirdi.
Bu gün 3 oktyabr 1993-cü il tarixinə nəzər salarkən həmin seçimin Azərbaycan üçün əhəmiyyətini daha aydın qiymətləndirmək mümkündür. Xalqın həmin gün verdiyi qərar ölkənin siyasi tarixində dönüş yaratdı, dövlətçiliyin möhkəmləndirilməsi üçün əsaslar formalaşdırdı və Azərbaycanın gələcək inkişafı üçün siyasi zəmin yaratdı. Ümummilli Lider Heydər Əliyevin “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir” fikri müasir Azərbaycanın dövlətçilik konsepsiyasında mühüm yer tutur. Bu siyasi xəttin davam etdirilməsi nəticəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz milli maraqlarını qətiyyətlə müdafiə edən, regional və beynəlxalq müstəvidə mövqeyini möhkəmləndirən dövlət kimi inkişafını davam etdirir.
Beləliklə, 3 oktyabr 1993-cü il yalnız prezident seçkilərinin keçirildiyi tarix deyil, Azərbaycanın dövlətçilik yolunda mühüm dönüş mərhələsidir. Həmin gün xalqın iradəsi ilə müəyyənləşən siyasi seçim sonrakı illərdə dövlət quruculuğunun, iqtisadi inkişafın və milli maraqlara əsaslanan siyasətin əsas istiqamətlərindən birinə çevrildi. Bu tarix Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və ölkənin gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
30-09-2026