Mobil versiya
Tramp Nobel Komitəsinə mesaj göndərdi: “Məni seçməsələr, nüfuzlarını itirəcəklər”
Tarix: 08-10-2026 | Saat: 18:43
Bölmə:Özəl | çapa göndər

Tramp Nobel Komitəsinə mesaj göndərdi: “Məni seçməsələr, nüfuzlarını itirəcəklər”




ABŞ Prezidenti Donald Tramp Nobel Sülh Mükafatına layiq görülməyəcəyi təqdirdə bunun Norveç Nobel Komitəsinin nüfuzuna mənfi təsir göstərəcəyini bildirib.

Tramp beynəlxalq münaqişələrin həlli istiqamətində gördüyü işlərin mükafata layiq olduğunu düşündüyünü vurğulayıb. Onun sözlərinə görə, Nobel mükafatını alıb-almamasından asılı olmayaraq, əldə etdiyi nəticələr dəyişmir.

“Əgər məni qiymətləndirməsələr, düşünürəm ki, bu, onlar üçün böyük nüfuz itkisi olacaq”, – deyə ABŞ lideri bildirib.

Tramp həmçinin 2025-ci ilin Nobel Sülh Mükafatı laureatı, Venesuela müxalifətinin nümayəndəsi Mariya Korina Maçadonun öz mükafatını ona təqdim etdiyini xatırladıb.

Qeyd edək ki, 2026-cı il Nobel Sülh Mükafatının qalibinin oktyabrın 9-da Osloda elan olunması nəzərdə tutulur. Laureat barədə yekun qərarı Norveç Nobel Komitəsi verir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-10-2026