Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığında yeni mərhələ: nəqliyyat, enerji və investisiya imkanları
Tarix: 08-10-2026 | Saat: 18:34
Bölmə:Manşet / Siyasət | çapa göndər

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətləri son illərdə keyfiyyətcə yeni mərhələyə daxil olub. Tarixi, mədəni və mənəvi yaxınlıq üzərində formalaşan əlaqələr bu gün siyasi dialoq, qarşılıqlı investisiyalar, ticarət, nəqliyyat, energetika, rəqəmsal bağlantılar və digər strateji istiqamətləri əhatə edən geniş əməkdaşlıq platformasına çevrilib. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçıları Məşvərət formatında tamhüquqlu iştirakı isə bu prosesin məntiqi nəticəsi kimi xüsusi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə çıxışı Azərbaycanın regionla münasibətlərinin hansı istiqamətdə inkişaf etdiyini və qarşıdakı dövrdə hansı imkanların mövcud olduğunu aydın şəkildə ortaya qoydu. Dövlətimizin başçısının çıxışında həm ikitərəfli əlaqələrin dinamikası, həm də çoxtərəfli əməkdaşlığın yeni perspektivləri geniş şəkildə diqqətə çatdırıldı.
Azərbaycanın bu formatda tamhüquqlu üzv kimi iştirakı ölkəmizin Mərkəzi Asiya ilə münasibətlərində mühüm siyasi mərhələdir. Ötən ilin noyabrında qəbul edilən bu tarixi qərarın region dövlətləri tərəfindən yekdilliklə dəstəklənməsi qarşılıqlı etimadın və Azərbaycanın regional proseslərdə artan rolunun göstəricisidir. Bu qərarın qəbul edilməsində Türkmənistanın və şəxsən Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü xüsusi qeyd olunmalıdır. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin sürətli inkişafı ilk növbədə yüksək səviyyəli siyasi dialoqda özünü göstərir. Prezident İlham Əliyevin çıxışından da aydın görünür ki, qarşılıqlı səfərlərin intensivliyi münasibətlərin strateji xarakterini daha da möhkəmləndirir. Xüsusilə Azərbaycan-Türkmənistan münasibətlərində son dövrdə müşahidə olunan dinamika iki ölkə arasında dostluq və tərəfdaşlığın dərinləşdiyini göstərir.
Bu əlaqələrin yalnız siyasi və iqtisadi müstəvi ilə məhdudlaşmaması da diqqətçəkəndir. Füzuli şəhərində məscidin inşası Türkmənistanın Azərbaycanla həmrəyliyinin və xalqlarımız arasındakı mənəvi yaxınlığın mühüm nümunələrindən biridir. Eyni zamanda Özbəkistanın Füzulidə Mirzə Uluqbəy adına məktəb, Qazaxıstanın Füzulidə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Qırğızıstanın isə Ağdamda Manas adına məktəb inşa etməsi qardaş ölkələrin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına verdiyi töhfənin real ifadəsidir. Bu layihələr yalnız infrastruktur obyektlərinin yaradılması baxımından əhəmiyyət daşımır. Onlar Azərbaycan ilə Mərkəzi Asiya xalqları arasında tarixi və mədəni bağların müasir mərhələdə yeni məzmun qazandığını nümayiş etdirir. Qarabağ və Şərqi Zəngəzurun bərpası prosesində qardaş ölkələrin iştirak etməsi həmrəyliyin konkret nəticələrə çevrilməsinin göstəricisidir.
İqtisadi əməkdaşlıq yeni imkanlar yaradır
Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə iqtisadi münasibətlərində də mühüm artım müşahidə olunur. Ötən il ölkəmizin region dövlətləri ilə ticarət dövriyyəsinin 50 faizdən çox artması qarşılıqlı iqtisadi əlaqələrin genişlənmə potensialını nümayiş etdirir. Azərbaycanda Mərkəzi Asiya ölkələrinin kapitalı ilə 400-dən çox şirkətin fəaliyyət göstərməsi də bu prosesin miqyasını göstərən mühüm göstəricidir.
Lakin qarşıdakı mərhələdə əməkdaşlığın yalnız ticarət dövriyyəsinin artırılması ilə məhdudlaşdırılmaması vacibdir. Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstan arasında yaradılmış birgə investisiya fondları bu baxımdan böyük potensiala malikdir. Hər bir fondun kapitalının yüz milyonlarla dollar təşkil etməsi yeni layihələrin maliyyələşdirilməsi, istehsal müəssisələrinin yaradılması və sənaye kooperasiyasının genişləndirilməsi üçün ciddi imkanlar açır. Müasir iqtisadi münasibətlərdə əsas məqsəd yalnız məhsul alıb-satmaq deyil, birgə istehsal yaratmaq, investisiya qoymaq və həmin məhsulları beynəlxalq bazarlara çıxarmaqdır. Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın növbəti mərhələsində məhz bu istiqamətin daha da gücləndirilməsi qarşılıqlı iqtisadi faydanı artırmaqla yanaşı, regionun qlobal iqtisadi sistemdə mövqeyini də möhkəmləndirə bilər.
Orta Dəhliz Azərbaycanın regional rolunu gücləndirir
Mərkəzi Asiya ilə əməkdaşlığın ən mühüm istiqamətlərindən biri nəqliyyat və logistika sahəsidir. Xəzər dənizi Azərbaycanla Mərkəzi Asiya arasında mühüm bağlantı rolunu oynayır. Xəzərin hər iki sahilində formalaşan müasir nəqliyyat infrastrukturu Mərkəzi Asiya ölkələrinin Azərbaycan və daha sonra Avropa və digər beynəlxalq bazarlarla əlaqələrinin genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Azərbaycan son illərdə dəniz limanlarının, hava limanlarının, dəmir yollarının və avtomobil yollarının inkişafına böyük investisiyalar yatırıb. Bu infrastruktur layihələri ölkəmizin nəqliyyat-logistika imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib və Azərbaycanın Şərqlə Qərb arasında mühüm tranzit mərkəzinə çevrilməsinə şərait yaradıb.
Bu baxımdan Orta Dəhlizin əhəmiyyəti getdikcə artır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ötən il bu marşrut üzrə tranzit yükdaşımaların həcmi 10 faizdən çox, cari ilin ilk səkkiz ayında isə təxminən 20 faiz artıb. Bu dinamika Orta Dəhlizin beynəlxalq yükdaşımalar sistemində artan rolunu göstərməklə yanaşı, marşrutun daha səmərəli və rəqabətqabiliyyətli hala gətirilməsinin vacibliyini də ortaya qoyur. Nəqliyyat əlaqələrinin rəqəmsal infrastrukturlarla tamamlanması isə prosesin başqa mühüm tərəfidir. “Rəqəmsal İpək Yolu” layihəsi və Xəzər dənizinin dibi ilə fiber-optik xətlərin inkişaf etdirilməsi təşəbbüsləri regionun yalnız fiziki deyil, rəqəmsal baxımdan da daha sıx inteqrasiyasına xidmət edir. Belə layihələr gələcəkdə məlumat mübadiləsinin, rəqəmsal xidmətlərin və iqtisadi əlaqələrin sürətlənməsi üçün yeni imkanlar yarada bilər.
Enerji əməkdaşlığının coğrafiyası genişlənir
Azərbaycan-Mərkəzi Asiya münasibətlərində energetika xüsusi yer tutur. Ölkəmiz regionun enerji resurslarının dünya bazarlarına çıxarılmasında mühüm tranzit imkanlarına malikdir. Türkmənistan və Qazaxıstandan neftin Azərbaycan ərazisi vasitəsilə nəqlinin artması Xəzərin enerji-logistika baxımından əhəmiyyətini bir daha təsdiqləyir. Bununla yanaşı, əməkdaşlığın gələcəyi yalnız ənənəvi enerji resursları ilə məhdudlaşmır. Bərpaolunan enerji sahəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında aparılan birgə işlər yeni enerji arxitekturasının formalaşmasına xidmət edir. Yaşıl enerji dəhlizinin yaradılması təşəbbüsü region ölkələrinin enerji potensialının daha geniş coğrafiyaya çıxarılması baxımından strateji əhəmiyyət daşıyır.
Bu istiqamət Azərbaycanın enerji siyasətində də yeni mərhələni xarakterizə edir. Ölkəmiz ənənəvi enerji resurslarının ixracatçısı olmaqla yanaşı, bərpaolunan enerjinin istehsalı və ixracı üçün imkanlarını genişləndirir. Mərkəzi Asiya dövlətləri ilə bu sahədə əməkdaşlıq Azərbaycanın yaşıl enerji potensialının beynəlxalq enerji bazarlarına inteqrasiyasına əlavə imkanlar yarada bilər.
Sülh və sabitlik regional inkişafın əsas şərtidir
Prezident İlham Əliyevin çıxışında mühüm məqamlardan biri də regional əməkdaşlığın yalnız iqtisadi və nəqliyyat layihələri ilə ölçülməməsi ilə bağlıdır. Sülh, təhlükəsizlik, siyasi və iqtisadi sabitlik bütün bu layihələrin həyata keçirilməsi üçün fundamental şərtdir. Azərbaycanın son illərdə qazandığı tarixi Zəfər və ərazi bütövlüyünün bərpası ölkəmizin regionda yeni reallıqların formalaşmasında rolunu əhəmiyyətli dərəcədə artırıb. Bu reallıqlar fonunda Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında əlaqələrin daha da möhkəmlənməsi həm ikitərəfli münasibətlər, həm də daha geniş regional əməkdaşlıq baxımından mühüm nəticələr vəd edir. Bu gün Azərbaycan və Mərkəzi Asiya dövlətlərini yalnız coğrafi yaxınlıq deyil, ortaq tarixi-mədəni irs, qarşılıqlı etimad və gələcəyə hesablanmış strateji maraqlar birləşdirir. Azərbaycanın Məşvərət formatında tamhüquqlu iştirakı da bu münasibətlərin institusional əsaslarının möhkəmləndiyini göstərir.
Nəticə etibarilə, qarşıdakı dövrdə əsas hədəf mövcud potensialı real iqtisadi və siyasi nəticələrə çevirmək olmalıdır. Birgə investisiyaların artırılması, istehsal və sənaye kooperasiyasının genişləndirilməsi, Orta Dəhlizin səmərəliliyinin yüksəldilməsi, rəqəmsal bağlantıların gücləndirilməsi və yaşıl enerji layihələrinin inkişaf etdirilməsi Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığının yeni mərhələsinin əsas istiqamətlərini təşkil edə bilər. Prezident İlham Əliyevin Türkmənbaşı görüşündə səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycan bu əməkdaşlığa yalnız mövcud imkanlardan yararlanmaq prizmasından yanaşmır. Ölkəmiz region dövlətləri ilə birlikdə yeni iqtisadi, nəqliyyat və enerji imkanlarının formalaşdırılmasında fəal iştirak edir. Bu isə Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərinin artıq ənənəvi dostluq əlaqələrindən strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini və qarşıdakı illərdə daha geniş məzmun kəsb edəcəyini deməyə əsas verir.
Asif Əsgərov,
Milli Məclisin deputatı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
08-10-2026