Yeni Azərbaycan Partiyasının VIII Qurultayı: Qarşıdakı onilliklərin aydın Yol Xəritəsi
Tarix: 08-10-2026 | Saat: 17:51
Bölmə:Siyasət | çapa göndər

Şübhəsiz ki, bir neçə gün öncə ölkəmizin ictimai-siyasi həyatında olduqca önəmli hadisə baş verdi. Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayı Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra qarşıdakı dövr üçün yeni reallıqlar əsasında müəyyənləşdirilən vəzifələri diqqətə çatdırdı. YAP-ın sayca səkkizinci olan qurultayı partiyanın Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra keçirilən ilk qurultayıdır. İndi ölkəmiz artıq yeni strateji reallıqlar mərhələsinə qədəm qoyub. Yeni tarixi reallıqların şahidi olmağımızla şübhəsiz ki, hər birimiz qürur hissi keçiririk.
Digər tərəfdən, Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının ölkəmizin inkişafı naminə məqsədyönlü fəaliyyəti cəmiyyətdə partiyamıza böyük nüfuz qazandırıb. İqtidar partiyasının xalq arasında öz nüfuzunu getdikcə yüksəltməsi dünya təcrübəsində az rast gəlinən haldır.
Cənab Prezident İlham Əliyevin VIII Qurultaydakı çıxışını partiyanın fəaliyyətinə verilən qiymətdən daha geniş çərçivədə nəzərdən keçirmək mümkündür. Çıxışda Azərbaycanın keçdiyi yol, dövlət müstəqilliyinin möhkəmləndirilməsi, iqtisadi dayanıqlığın yaradılması, hərbi potensialın artırılması, beynəlxalq mövqelərin gücləndirilməsi və suverenliyin təmin olunması bir-birini tamamlayan proseslər kimi təqdim edilir. Bu yanaşma mühüm bir reallığı ortaya qoyur: Azərbaycanın bugünkü siyasi çəkisi yalnız bir istiqamətdə görülən işlərin nəticəsi deyil. Bu nəticənin arxasında illər ərzində formalaşdırılmış iqtisadi, siyasi, hərbi və diplomatik imkanların bütöv sistemi dayanır.
Ölkə başçısı, YAP Sədri cənab İlham Əliyevin proqram xarakterli, dərin məzmunlu çıxışında həm partiyanın, həm də ümumilikdə dövlətimizin daxili və xarici siyasət strategiyasının yeni dövr üçün prioritetləri diqqətə çatdırıldı. Prezident İlham Əliyev bildirdi ki, partiyanın fəaliyyəti, qəbul edilmiş qərarlar və siyasi xətti təkcə ölkəmiz üçün deyil, bölgə üçün də böyük önəm daşıyır. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir. Müxalifət partiyası kimi yaransa da, 30 ildən çoxdur ki, partiya iqtidardadır. Ölkəmizin son illərdə keçdiyi uğurlu və şərəfli yolda partiya fəallarının böyük töhfəsi var.
Qurultayda ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaradılmasını şərtləndirən amillər və həmin dövrün reallıqları barədə geniş bəhs olundu. Ümummilli Lider Heydər Əliyevin dünənin, bu günün və gələcəyin partiyası kimi dəyərləndirdiyi YAP-ın onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə fəaliyyətini uğurla davam etdirdiyi diqqətə çatdırıldı. Həmçinin Prezident İlham Əliyevin YAP-ın bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacağına dair fikirləri və Ümummilli Liderin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı barədə danışıldı.
Xüsusi vurğulamaq lazımdır ki, müasir dünyada təhlükələrin təkcə fiziki sərhədlərlə məhdudlaşmadığı nəzərə alınaraq, internet, kiberhücumlar və süni intellekt dövründə cəmiyyətin müxtəlif ideoloji təsirlərdən qorunması mühüm vəzifələrdəndir. Təbii ki, əldə etdiyimiz uğurları şərtləndirən əsas amillərdən biri sabitlik və iqtisadi tərəqqidir. Enerji resursları ilə zəngin olan Azərbaycan bu gün ciddi geosiyasi və təhlükəsizlik amilinə çevrilir. Çünki enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyinin mühüm tərkib hissəsidir və Azərbaycanın bu sahədə rolu daha da artacaq. Bu gün Azərbaycan xalqı təhlükəsizlik və əmin-amanlıq şəraitində yaşayır. Məhz bu əmin-amanlıq şəraitinin davamlı olması Azərbaycan dövlətinin xalqımız qarşısında ən ümdə öhdəliyidir.
Azərbaycanın dövlətçilik modelinin təməl prinsipləri məhz 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ardıcıl şəkildə formalaşdırıldı. Bu, tarixi faktdır.
Ən yaxın keçmişimizə nəzər salanda görürük ki, siyasi sabitliyin bərqərar olması, iqtisadi inkişaf üçün əlverişli mühitin yaradılması, Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmləndirilməsi və güclü dövlət institutlarının formalaşdırılması sonrakı mərhələdə ölkənin qarşısında daha böyük məqsədlərin dayanmasına imkan verdi. Ən əsası, Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin siyasi xəttin yeni dövrün tələblərinə uyğun davam etdirilməsi isə Azərbaycanın qarşısında duran strateji məqsədlərin mərhələli şəkildə reallaşmasına gətirib çıxardı.
Qurultayın digər mühüm mesajlarından biri təhlükəsizlik məsələsinə yanaşmadır. Ərazi bütövlüyünün və suverenliyin bərpası heç də təhlükəsizlik məsələsinin gündəmdən çıxması demək deyil. Əksinə, yeni geosiyasi şərait Azərbaycanın müdafiə imkanlarının daim gücləndirilməsini, hərbi potensialın müasir tələblərə uyğun inkişaf etdirilməsini zəruri edir. Prezident İlham Əliyevin çıxışında hərbi gücün artırılması, təhlükəsizlik tədbirləri və ideoloji təhlükəsizlik məsələlərinin önə çəkilməsi də bu baxımdan təsadüfi deyil. Müasir dövrdə təhlükəsizlik anlayışının özü də əvvəlki məzmunundan xeyli genişlənib. Artıq yalnız sərhədlərin və ərazilərin qorunması kifayət etmir. İnformasiya məkanı, ictimai şüur, milli-mənəvi dəyərlər, gənclərin dünyagörüşü və cəmiyyətin informasiya təsirlərinə qarşı dayanıqlılığı da dövlət təhlükəsizliyinin mühüm elementlərinə çevrilib.
Cənab Prezident çıxışı zamanı bildirdi ki, Azərbaycanın artıq bir sıra ekspert və analitiklər tərəfindən “orta güc dövləti” kateqoriyasında nəzərdən keçirilir və ölkə başçısı bunu iqtisadi müstəqillik, beynəlxalq mövqelər və milli qərarvermə imkanları ilə əlaqələndirdi. Bu yanaşma Azərbaycanın xarici siyasətində son illərdə baş verən transformasiyanın siyasi ifadəsidir. Bakı artıq özünü yalnız regional proseslərin iştirakçısı kimi deyil, müxtəlif coğrafiyalarda siyasi, iqtisadi, enerji və təhlükəsizlik gündəliyinə təsir göstərə bilən dövlət kimi təqdim edir.
Hərbi güc məsələsinin Prezidentin çıxışında ayrıca vurğulanması da təsadüfi deyil. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası hərbi-siyasi imkanların dövlət strategiyasındakı rolunu daha aydın göstərib. Əldə edilmiş nəticələrin qorunması üçün güclü ordu dövlət müstəqilliyinin əsas dayaqlarından biri olaraq qalır. Bu yanaşma təhlükəsizlik məsələsini yalnız müharibə şəraiti ilə deyil, dövlətin uzunmüddətli strateji dayanıqlılığı ilə əlaqələndirir
Bu səbəbdən YAP qarşısında ideoloji işin yeni üsullarla qurulması xüsusi əhəmiyyət kəsb edir. Məhz burada VIII Qurultayın partiyanın öz fəaliyyətinə yönəlmiş mühüm çağırışlarından biri meydana çıxır: yeni dövr köhnə yanaşmalarla idarə oluna bilməz. Cəmiyyət dəyişir, informasiya mühiti dəyişir, insanların siyasi proseslərə münasibəti dəyişir. Deməli, siyasi təşkilatın cəmiyyətlə ünsiyyət vasitələri də zamanın tələbinə uyğun yenilənməlidir. Qurultayda formal xarakter daşıyan tədbirlərdən və şablon yanaşmalardan uzaqlaşmağın, ideoloji işin daha müasir və təsirli üsullarla aparılmasının vacibliyinin vurğulanması məhz bu baxımdan diqqət çəkir.
YAP üçün bu məsələ xüsusilə əhəmiyyətlidir. Çünki böyük üzv potensialına malik siyasi təşkilat olmaq yalnız say göstəricisi deyil, həm də böyük məsuliyyətdir. Partiyanın VIII Qurultayına hazırlıq çərçivəsində ölkənin 84 yerli təşkilatında hesabat konfranslarının keçirilməsi və bu prosesdə 16 mindən çox şəxsin iştirakı təşkilati baxımdan geniş fəaliyyətin göstəricisidir. VII Qurultaydan VIII Qurultaya qədər 95 mindən artıq yeni üzvün partiya sıralarına qəbul edilməsi də təşkilatın cəmiyyətin müxtəlif təbəqələri ilə əlaqələrinin genişliyini göstərən faktorlardandır. Lakin qarşıdakı mərhələdə əsas məsələ üzvlərin sayından daha çox onların ictimai proseslərdəki fəallığı, siyasi hazırlığı və dövlətçilik dəyərlərinin təbliğindəki roludur. Müasir siyasi təşkilatın gücü yalnız kəmiyyətlə deyil, cəmiyyətlə dialoq qurmaq, insanları düşündürən məsələlərə münasibət bildirmək və yeni çağırışlara çevik reaksiya vermək bacarığı ilə ölçülür.
VIII Qurultayın diqqət çəkən istiqamətlərindən biri də Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə bağlı yeni mərhələnin siyasi gündəmdəki yeridir. Ərazi bütövlüyünün bərpası tarixi məqsəd idisə, azad edilmiş ərazilərin yenidən qurulması və burada dayanıqlı həyatın formalaşdırılması həmin qələbənin gələcəyə daşınmasıdır. Bu proses təkcə yolların, məktəblərin, xəstəxanaların və yaşayış məntəqələrinin tikintisi deyil. Bu, insanların öz doğma torpaqlarına qayıtması, həmin ərazilərin ölkənin sosial-iqtisadi həyatına yenidən inteqrasiyası və Qarabağın Azərbaycanın inkişaf xəritəsində mühüm mərkəzlərdən birinə çevrilməsi deməkdir. Rəsmi məlumatlara görə, Qarabağ və Şərqi Zəngəzurun inkişafına indiyədək 28 milyard manat vəsait yönəldilib, 48 yaşayış məntəqəsində məskunlaşma həyata keçirilib.
Bu mənada Zəfərdən sonrakı dövr Azərbaycanın qarşısında tamam başqa xarakterli vəzifələr qoyur. Müharibə dövründə əsas məqsəd ərazi bütövlüyünü təmin etmək idisə, sülh və quruculuq mərhələsində məqsəd həmin ərazilərdə dayanıqlı iqtisadi və sosial həyat yaratmaqdır. Bu isə daha uzunmüddətli düşüncə, daha böyük maliyyə imkanları və institusional koordinasiya tələb edir.
VIII Qurultayın əsas mesajı da məhz budur ki, Azərbaycanın qarşısında artıq keçmişin problemlərini həll etməkdən daha çox, əldə edilmiş nəticələri qorumaq və onları gələcəyin dayanıqlı inkişaf modelinə çevirmək vəzifəsi dayanır. Bu yolun siyasi dayaqlarından biri isə yarandığı gündən dövlətçilik ideyasını fəaliyyətinin əsas istiqaməti kimi müəyyənləşdirən Yeni Azərbaycan Partiyasıdır. Birmənalı şəkildə bu belədir.
Ulu Öndər Heydər Əliyevin yaratdığı siyasi irsin Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni tarixi reallıqlara uyğun davam etdirilməsi fonunda VIII Qurultay həm keçilən yolun qiymətləndirilməsi, həm də qarşıdakı mərhələnin siyasi konturlarının müəyyənləşdirilməsi baxımından əlamətdar hadisədir. Qarşıda daha böyük məqsədlər, daha mürəkkəb çağırışlar və daha geniş imkanlar var. Bu mərhələdə əsas məsələ Azərbaycanın qazandığı tarixi nəticələri qorumaq, dövlətçilik və milli həmrəylik dayaqlarını daha da möhkəmləndirmək və Zəfərdən doğan yeni imkanları ölkənin davamlı inkişafına yönəltməkdir.
YAP-ın VIII Qurultayı həm partiyanın Cənubi Qafqazın aparıcı siyasi qüvvəsi olduğunu bir daha nümayiş etdirmiş, həm də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın növbəti onilliklər üçün inkişaf və təhlükəsizlik xəritəsini cızıb. Onu da xüsusi vurğulamaq yerinə düşər ki, YAP yalnız dünənin və bu günün deyil, həm də gənclərin intellektual inkişafına əsaslanan parlaq gələcəyin partiyasıdır!
Elçin Quliyev
YAP Nərimanov Rayon Təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
08-10-2026