Oktyabrın 9-da maqnit qasırğası gözlənilir: Gücü və davametmə müddəti açıqlandı
Tarix: 08-10-2026 | Saat: 19:17
Bölmə:Özəl | çapa göndər

Oktyabrın 9-da Yer kürəsində maqnit qasırğasının baş verəcəyi proqnozlaşdırılır. Buna səbəb Günəşdə qeydə alınan güclü alışmalar nəticəsində kosmosa atılan plazma buludlarının Yerə doğru hərəkət etməsidir.
Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının məlumatına görə, maqnit qasırğasının 10–12 saat davam edəcəyi və G1–G2 səviyyəsinə çatacağı gözlənilir. Bu göstərici zəif və orta intensivlikli geomaqnit qasırğasına uyğun gəlir.
Alimlər bildiriblər ki, oktyabrın 6-da Günəşdə M sinfinə aid iki alışma qeydə alınıb. Nəticədə kosmosa atılan plazma kütlələrinin Yerə çatmasının təxminən üç gün çəkəcəyi hesablanıb.
Son müşahidələrə əsasən, Günəşdə aktivliyin artması dayanıb və alışmaların gücündə müəyyən azalma qeydə alınıb. Bununla belə, əvvəlki günlərdə baş vermiş püskürmələrin geomaqnit sahəyə təsiri hələ gözlənilir.
G1–G2 səviyyəli maqnit qasırğaları bəzi radio və peyk rabitə sistemlərində müvəqqəti pozuntulara səbəb ola bilər. Proqnoz Günəş küləyinin faktiki sürətindən və maqnit sahəsinin xüsusiyyətlərindən asılı olaraq dəyişə bilər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
08-10-2026