Mobil versiya
"Araz-Naxçıvan" ev oyunlarını Şamaxıda keçirməyə davam edəcək
Tarix: 08-10-2026 | Saat: 18:00
Bölmə:İdman | çapa göndər

"Araz-Naxçıvan" ev oyunlarını Şamaxıda keçirməyə davam edəcək

"Araz-Naxçıvan" Misli Premyer Liqası və Azərbaycan Kubokunda ev oyunlarını Şamaxı şəhər stadionunda keçirməyə davam edəcək.

Bu barədə aia.az-ın sorğusuna cavab olaraq Naxçıvan klubunun mətbuat xidmətindən bildirilib.

Komandanın Bakıdakı "ASK Arena"ya köçməsi məsələsinin hazırda aktual olmadığı da vurğulanıb:

"Klub Bakıda məskunlaşıb, məşqləri burada edir və oyundan-oyuna Şamaxıya gedir. Bakıda oynamaq üçün uyğun arena yoxdur. "ASK Arena" hazır olduqdan sonra bu varianta baxıla bilər. Amma hazırda bu məsələ aktual deyil. Əlbəttə, Bakı bizə daha uyğundur. Çünki hazırda komanda ev oyunu üçün səfərə çıxmalı olur. Bakıda arena olsa, matç günü istifadə edilməsi mümkündür".

Qeyd edək ki, "Araz-Naxçıvan" Misli Premyer Liqasının turnir cədvəlində 6 turdan sonra 2 xalla sonuncu - 12-ci pillədə qərarlaşıb.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-10-2026